http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24 Sentyabr 2024 , 10:05
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək.

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır. Həmçinin COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsi də festivalın başlıca vəzifələrindəndir.

Bu il artıq 4-cü dəfə keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2024) 8 yarış və 1 sərgi-yarış (Yaşıl təşəbbüslər) kateqoriyası üzrə yarışlar təşkil olunacaq. Kateqoriyalara “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” daxildir. 

Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər xarici ölkə komandaları da yarışacaqlar. 

Qeyd edək ki, STEAM təhsil metodu 5 əsas disiplinin birgə təşkilidir. Bu metod elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Daha ətraflı məlumat üçün: https://saf.steam.edu.az

OXŞAR XƏBƏRLƏR
Beynəlxalq axtarışda olan altı şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan altı şəxs Azərbaycana ekstradisiya edilib

Naxçıvanın Baş nazirinin müavini vəzifəsindən azad edilib

Naxçıvanın Baş nazirinin müavini vəzifəsindən azad edilib

Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

XƏBƏR LENTİ
  • 12:30

    "Qarabağ"ın oyunu fransızlara tapşırıldı
  • 12:15

    Çinin nəqliyyat naziri COP29-a dəvət olunub
  • 12:11

    "Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb
  • 12:09

    AFP: İsveç prokurorları İranı kiberhücumda ittiham edir
  • 12:00

    Xaricdən avtomobil alarkən nələrə diqqət edilməldir?
  • 11:49

    Beynəlxalq axtarışda olan altı şəxs Azərbaycana ekstradisiya edilib
    Beynəlxalq axtarışda olan altı şəxs Azərbaycana ekstradisiya edilib
  • 11:40

    Borrell BMT Baş Assambleyası çərçivəsində İran prezidenti ilə görüşməyə hazır olduğunu bildirib
  • 11:33

    Naxçıvanın Baş nazirinin müavini vəzifəsindən azad edilib
Menyu