http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Mikayıl Cabbarov Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb

24 Sentyabr 2024 , 14:54
Mikayıl Cabbarov Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, görüşdə bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələr arasındakı strateji tərəfdaşlıq əlaqələrinin təməlini təşkil edir. Özbəkistan - Azərbaycan əlaqələri çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Özbəkistanla, enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşımalar kimi sektorlarda geniş əməkdaşlıq gündəliyi üzrə işlər görülür. Sənayenin bir sıra istiqamətləri, eləcə də nəqliyyat-logistika üzrə işbirliyinin möhkəmləndirilməsi üçün münbit şərait var.

Görüşdə Azərbaycan və Özbəkistanda yüksək texnologiyalı məhsul istehsalının təşviqi, ticarət dövriyyəsinin artırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi kimi məqsədlərə yönəlmiş Azərbaycan - Özbəkistan İnvestisiya şirkətinin fəalliyyəti vurğulanıb. Bildirilib ki, birgə reallaşdırılan layihələr regionda iqtisadi sabitliyə, xalqlarımızın rifahına, ölkələrimizin biznes subyektlərinin perspektivli ticarət platformalarına çıxışına, yeni iş yerlərinin yaranmasına və yerli infrastrukturun təkmilləşməsinə təkan verəcək.

Tərəflər 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndiriblər.

OXŞAR XƏBƏRLƏR
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib

COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:08

    "Göytəpə Avtotəmir" Açıq Səhmdar Cəmiyyətinə cərimə yazılıb
  • 17:03

    Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib
  • 17:01

    COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib
  • 16:55

    Bakı-Ələt-Qazax-Gürcüstan yolunda nəqliyyatın hərəkəti 2 ay məhdudlaşdırılacaq
  • 16:51

    Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb
  • 16:49

    Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında görüş olub
  • 16:44

    ADY Bakı-Sumqayıt marşrutu üzrə yeni tarifləri açıqlayıb
  • 16:41

    Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
    Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Menyu