http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

İcma Adam Şiffin anti-Azərbaycan qanun layihəsini qınayıb

24 Sentyabr 2024 , 15:43
İcma Adam Şiffin anti-Azərbaycan qanun layihəsini qınayıb

Qərbi Azərbaycan İcması olaraq, ABŞ Konqresində anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst konqresmen Adam Şiffin 2024-cü il sentyabrın 18-də təqdim etdiyi növbəti anti-Azərbaycan qanun layihəsini qətiyyətlə pisləyir və qınayırıq.

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda deyilir ki, qanun layihəsi həm adı, həm də məzmunu etibarilə təxribat xarakterli və yanlış bir addımdır. Adam Şiffin ənənəvi anti-Azərbaycan mövqeyi və korrupsiyaya bulaşmış digər Azərbaycanofob, keçmiş senator Bob Menendez kimi erməni lobbisi ilə korrupsioner əlaqələri, onun dürüstlüyünü ciddi şəkildə şübhə altına alır.
Qarabağ ermənilərinin Azərbaycan dövlətinin reinteqrasiya və vətəndaşlıq təkliflərini rədd edərək sərbəst şəkildə ölkəni tərk etdiklərini nəzərə alaraq, Şiffin bu qanun layihəsi böhtan üzərində qurulub.

Adam Şiff, 300 min azərbaycanlının Ermənistandan, 700 min azərbaycanlının isə uzun müddət işğal altında saxlanmış Azərbaycan ərazilərindən etnik təmizləmə nəticəsində zorla çıxarılmasını və Azərbaycanın, eləcə də azərbaycanlıların əmlakına, iqtisadiyyatına və mədəni irsinə vurulan yüz milyardlarla ABŞ dolları dəyərində ziyanı görməzdən gəlmiş, hətta dəstəkləmişdir. Bütün bunlar göstərir ki, təqdim olunan qanun layihəsi Azərbaycana qarşı şantaj cəhdidir. Bu addım həm də ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbə vurmağa hədəflənib.

Qərbi Azərbaycan İcması olaraq, biz ABŞ Konqresindən bu təxribat xarakterli qanun layihəsini rədd etməsini və Adam Şiffin erməni lobbisi ilə korrupsiya əlaqələrinin araşdırılmasını tələb edirik.

OXŞAR XƏBƏRLƏR
Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək

Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək

Azərbaycan Ombudsmanı və UNICEF arasında gələcək əməkdaşlıq müzakirə edilib

Azərbaycan Ombudsmanı və UNICEF arasında gələcək əməkdaşlıq müzakirə edilib

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Azərbaycana təşəkkür edib

XƏBƏR LENTİ
  • 18:35

    Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər ölüb - TƏFƏRRÜATLAR, YENİLƏNİB
    Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib,  5 nəfər ölüb - TƏFƏRRÜATLAR, YENİLƏNİB
  • 18:20

    Əli Əsədov: COP29-un Azərbaycanda keçirilməsi artan beynəlxalq nüfuzumuzun bariz nümunəsidir
  • 18:17

    Əli Əsədov : Növbəti illərdə də dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq
  • 18:16

    Əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək
    Əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək
  • 18:14

    Qarabağ və Şərqi Zəngəzura ayrılmış vəsaitin məbləği açıqlanıb
    Qarabağ və Şərqi Zəngəzura ayrılmış vəsaitin məbləği açıqlanıb
  • 18:14

    Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya qəbul ediləcək
  • 18:12

    Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək
    Dövlət büdcəsinin layihəsi gələn il Prezidentə təqdim ediləcək
  • 18:08

    Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
    Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO
Menyu