http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

25 Sentyabr 2024 , 10:28
İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir

Bu əlamətdar tədbir Azərbaycanın qlobal aləmdə, xüsusilə informasiya təhlükəsizliyi və sürətlə inkişaf edən kiberdiplomatiya sahəsində artan nüfuzunu əks etdirir.

"Operativ Media" xəbər verir ki, bunu Regionda ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Kiberdiplomatiya Konfransında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bildirib.

"Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən birinci beynəlxalq konfransın əsas məqsədərindən biri kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı daha da dərinləşdirməkdir.

Biz inanırıq ki, kibertəhdidlərlə mübarizə aparmaq, rəqəmsal infrastrukturumuzu möhkəmləndirmək və rəqəmsal sahədə fərdlərin hüquq və şəxsi məlumatlarını qorumaq üçün birgə səmərəli həll yolları tapa bilərik.

Heç bir ölkə bu çağırışları tək başına həll edə bilməz. Kibertəhdidlər sərhəd tanımır və bir kiber hücumun təsiri mənşə yerindən asılı olmayaraq bütün dünyada hiss oluna bilər. Buna görə də müttəfiqliyimizi gücləndirmək, ən yaxşı təcrübələrimizi paylaşmaq və kiberməkanla bağlı məsuliyyətli davranmaq barədə ortaq anlaşma yaratmaq vacibdir.

Eyni zamanda, kibertəhlükəsizliyin yalnız texniki məsələ olmadığını, siyasi, iqtisadi və sosial məsələ də sahib olduğunu qəbul etməliyik".

OXŞAR XƏBƏRLƏR
Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır

Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Samir Şərifov: Azərbaycan Kiberdiplomatiya sahəsində fəal iştirakını davam etdirəcək

Samir Şərifov: Azərbaycan Kiberdiplomatiya sahəsində fəal iştirakını davam etdirəcək

XƏBƏR LENTİ
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
  • 12:00

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • 11:50

    İlqar Musayev: Dövlət orqanlarında informasiya və kiber təhlükəsizliklə bağlı kadr çatışmazlığı var
  • 11:35

    “Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir
Menyu