http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

25 Sentyabr 2024 , 17:57
Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

"Bir il əvvəl Azərbaycan Ermənistanın Qarabağ bölgəsində (Dağlıq Qarabağ kimi heç bir rayon və ya qurum yoxdur) davam etdirdiyi separatçı rejimin qanunsuz hərbi mövcudluğuna son qoyub".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə Almaniya XİN-nin bəyanatına cavab olaraq bildirib.

XİN sözcüsü qeyd edib ki, münaqişə 30 il əvvəl Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı etnik təmizləmə aparması nəticəsində başlayıb:

"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra münaqişə başa çatıb".

Ayxan Hacızadə həmçinin bildirib ki, Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub:

"Azərbaycan Qarabağ ermənilərini öz yaşayış yerlərini tərk etməməyə və Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırıb. İndi sülh zamanıdır və ümid edirik ki, Ermənistan Azərbaycanın xoş niyyətinə cavab verəcək, qonşu dövlətlərin ərazilərinə qarşı iddiaları təkcə sözlə deyil, həm də əməllə pisləyəcək".

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Ararat Mirzoyan Annalena Berbok ilə Azərbaycanla normallaşmanı müzakirə edib

Ararat Mirzoyan Annalena Berbok ilə Azərbaycanla normallaşmanı müzakirə edib

XƏBƏR LENTİ
  • 20:15

    Lavrov: Qərb Rusiyaya 21 mindən çox sanksiya tətbiq edib
  • 20:11

    Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq
  • 20:04

    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
  • 19:59

    ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizlə tranzit daşımaların artım dinamikasını müzakirə edib
  • 19:56

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 19:45

    Zelenski: Ukraynada bütün istilik elektrik stansiyaları və ən böyük su elektrik stansiyaları dağıdılıb
  • 19:23

    Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 19:08

    Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb
Menyu