http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib

26 Sentyabr 2024 , 17:27
Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti 24-26 sentyabr tarixlərində Çinin Yangijang və Pekin şəhərlərində səfərdə olub.
Səfər çərçivəsində Energetika Nazirliyi ilə “China Energy Engineering Group Co.Ltd” arasında yaradılmış İşçi qrupunun 2-ci iclasında iştirak edilib. Həmçinin “Guangdong Electric Power Design İnstitute Co., Ltd., CEEC”, “TBEA CO., Ltd.”, “China Datang Corporation Ltd.” şirkətlərinin  nümayəndələri ilə görüşlər keçirilib. Nümayəndə heyətində Energetika Nazirliyinin əməkdaşları ilə yanaşı “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev də təmsil olunub.
Görüşlərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji dəhlizləri haqqında məlumatlar diqqətə çatdırılıb, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin bərpa olunan enerjinin böyük həcmdə ixracı baxımından əhəmiyyətindən bəhs edilib, Çinlə bərpa olunan enerji, enerji saxlanc sistemləri, şəbəkənin gücləndirilməsi, “yaşıl enerji”nin ixracı, dənizdə külək enerjisi, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabellərinin təchizatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, ən yeni təcrübələrin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Çin şirkətlərinin ölkəmizdə nəhəng bərpa olunan enerji potensialının reallaşdırılması üzrə genişmiqyaslı fəaliyyət sahələrində iştiraka maraq göstərdikləri diqqətə çatdırılıb, Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikintisinə investisiya imkanları dəyərləndirilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Azərbaycan və Serbiya arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - YENİLƏNİB

Azərbaycan və Serbiya arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 19:25

    Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölənlər var - YENİLƏNİB
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
  • 19:19

    Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib
  • 19:15

    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
  • 19:02

    Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib
  • 18:39

    Netanyahu BMT tribunasından Tehranı hədələyib
  • 18:34

    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
  • 18:29

    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
Menyu