http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bakıda boya sexində baş verən yanğın tam söndürülüb - YENİLƏNİB 7

27 Sentyabr 2024 , 16:05
Bakıda boya sexində baş verən yanğın tam söndürülüb  - YENİLƏNİB 7

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.

"Operativ Media"ya  xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

***

15:35

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb. 

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

14:40

Xətai rayonu ərazisində baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, havaya yayılan qara tüstü axını ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür.

***

14:30

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. 

FHN Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

 

***

14:06 

27.09.2024-cü il tarixində saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə "Operativ Media"nın sorğusuna cavab olaraq TƏBİB məlumat verib.

Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

İndiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Əlavə məlumat veriləcək.

***

13:49

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən obyektdə yanğın hadisəsi baş verib.

Bu barədə "Operativ Media"nın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir",- deyə məlumatda qeyd olunub.

Əlavə məlumat veriləcək

***

13:47

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.



***

13:43

Xətai rayonu, Süleyman Əhmədov küçəsində ( Xəzər TV-nin yaxınlığında) yanğın hadisəsi baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Operativ Media"ya verilən məlumata görə, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

 

OXŞAR XƏBƏRLƏR
Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Prezident İlham Əliyev Zəfər parkında olub - YENİLƏNİB

Prezident İlham Əliyev Zəfər parkında olub - YENİLƏNİB

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

XƏBƏR LENTİ
  • 17:29

    Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb
  • 17:23

    Aktrisa Meqqi Smit 89 yaşında vəfat edib
  • 17:20

    Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib
  • 17:19

    FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq sertifikata layiq görülüb
  • 17:16

    Məhkəmə xarici şirkətin Azərbaycandakı filialı ilə bağlı cərimə qərarını açıqlayıb
  • 17:02

    MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq
  • 16:40

    "Aztelekom” genişzolaqlı internet tarifləri ilə bağlı əsas suallara aydınlıq gətirib
  • 16:30

    Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
Menyu