http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanıb

27 Sentyabr 2024 , 14:56
Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sentyabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 8 tapança, 37 qumbara, 15 partladıcı, 4 alışdırıcı, 48 tüfəng, 21 patron darağı və 1322 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayət alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər. Bu, polis-vətəndaş münasibətində formalaşan etimaddır. Qanunsuz saxlanılan odlu və döyüş silahlarını, partlayıcıları könüllü təhvil verən hər bir insan vətəndaşlıq nümunəsi göstərir.  

Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Bu vətəndaşlıq nümunəsinin kütləvi təşviqini nəzərə alaraq cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir. 

Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.

Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik.

OXŞAR XƏBƏRLƏR
Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq sertifikata layiq görülüb

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq sertifikata layiq görülüb

Məhkəmə xarici şirkətin Azərbaycandakı filialı ilə bağlı cərimə qərarını açıqlayıb

Məhkəmə xarici şirkətin Azərbaycandakı filialı ilə bağlı cərimə qərarını açıqlayıb

XƏBƏR LENTİ
  • 17:23

    Aktrisa Meqqi Smit 89 yaşında vəfat edib
  • 17:20

    Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib
  • 17:19

    FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq sertifikata layiq görülüb
  • 17:16

    Məhkəmə xarici şirkətin Azərbaycandakı filialı ilə bağlı cərimə qərarını açıqlayıb
  • 17:02

    MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq
  • 16:40

    "Aztelekom” genişzolaqlı internet tarifləri ilə bağlı əsas suallara aydınlıq gətirib
  • 16:30

    Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
  • 16:27

    Azərbaycan XİN Türkmənistanı təbrik edib
Menyu