http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

"Aztelekom” genişzolaqlı internet tarifləri ilə bağlı əsas suallara aydınlıq gətirib

27 Sentyabr 2024 , 16:40
"Aztelekom” genişzolaqlı internet tarifləri ilə bağlı əsas suallara aydınlıq gətirib

Xəbər verdiyimiz Azərbaycanda avqustun 15-dən başlayaraq internetin qiyməti və sürəti artıb. 

“Aztelekom” MMC vətəndaşlara maraqlı olan sualları “Operativ Media” üçün cavablandırıb.

Bildiyimiz kimi avadanlıq və xidmət pulsuz olaraq təşkil olunur. Bəs hansı halda vətəndaş xidmət haqqı və avadanlığa ödəniş etməli olur?

“Telekommunikasiya xidmətlərimizin keyfiyyətini artırmağa yönəlmiş bu yeniliklərin davamı olaraq “Aztelekom” MMC tariflərdə dəyişiklik etmək qərarına gəlib. Bu dəyişikliklər haqqında 30 gün öncədən media vasitəsilə məlumat verilib və qanunvericiliyə uyğun şəkildə 15 avqust 2024-cü il tarixindən etibarə həyata keçirilməkdədir. Bu tarif dəyişikliklərini etməkdə məqsəd müştərilərimizə daha yaxşı və effektiv xidmətlər təqdim edib.

Müqavilə şərtlərinə görə müştərilərimizin hüquqlarına zidd olmadan onlara  12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz avadanlıq verilir və qoşulma həyata keçirilir. Lakin qeyd edilən şərt pozulduğu təqdirdə xidmət haqqı və avadanlığın ödənişi öhdəliyi müştərinin üzərinə düşür. Diqqətinizə çatdırmaq istərdik ki, bənzər abunəlik şərtləri dünyanın bir çox ölkələrində tətbiq olunur.

Qeyd etmək lazımdır ki, bu heç bir halda xidmətdən imtinaya görə tətbiq edilən hər hansı bir cərimə və ya əlavə ödəniş deyil. Sadəcə 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz təqdim edilmiş avadanlığın dəyəridir”.

Vətəndaşın yeni tarifə qoşulduqdan sonra, imtina etmək hüququ varmı?

“Yeni tariflərin tətbiq olunduğu tarixdən sonrakı 30 gün ərzində əvvəlki abunəçilərimizə öz istəklərinə əsasən xidmətlərdən imtina etmək üçün vaxt verilmişdi. Bu müddət ərzində abunəçilərimiz müqavilə şərtlərinə uyğun olaraq yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətlərindən istədikləri zaman imtina edə bilərdilər. Bu halda borc öhdəliyi tətbiq olunmur və yalnız ödənişsiz verilmiş ONT avadanlıqların qaytarılması tələb olunurdu. Avadanlığın qaytarılması mümkün olmadıqda isə abunəçidən onun dəyərinin geri ödənilməsi tələb edilirdi.

Öhdəliyi olmayan “Aztelekom” abunəçilərinə ödənişi gecikdirdiyi halda xidmətdən istifadəni bərpa etmək üçün 3 ay möhlət verilir”.

Qurum son olaraq xidmətlərinin davamlı şəkildə yaxşılaşdırmağa çalışdığını bildirib:

““Aztelekom” olaraq müştərilərimizə daha rahat ünsiyyət və əlçatanlıq təmin etmək məqsədilə xidmətlərimizi davamlı şəkildə yaxşılaşdırmağa çalışırır. Abunəçilərimizin rahatlığı və məmnuniyyəti bizim üçün prioritetdir. Belə ki, şirkətimizin 7/24 fəaliyyət göstərən “Çağrı Mərkəzi” – 170, sosial media hesabları və digər kommunikasiya kanalları abunəçilərin daim xidmətindədir. Müraciətlər mümkün olan ən qısa vaxt ərzində cavablandırılır və müştərilərin yaşadığı çətinliklər operativ şəkildə aradan qaldırılır".

Qeyd edək ki, avqustun 15-dən başlayaraq Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. Tariflər üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

OXŞAR XƏBƏRLƏR
Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır

Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Samir Şərifov: Azərbaycan Kiberdiplomatiya sahəsində fəal iştirakını davam etdirəcək

Samir Şərifov: Azərbaycan Kiberdiplomatiya sahəsində fəal iştirakını davam etdirəcək

XƏBƏR LENTİ
  • 19:19

    Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib
  • 19:15

    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
  • 19:02

    Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib
  • 18:43

    Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölənlər var
  • 18:39

    Netanyahu BMT tribunasından Tehranı hədələyib
  • 18:34

    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
  • 18:29

    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
  • 18:25

    Tramp Zelenski ilə görüşdə Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
Menyu