http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq sertifikata layiq görülüb

27 Sentyabr 2024 , 17:19
FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq sertifikata layiq görülüb

Sentyabrın 23-26-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) beynəlxalq sinifləndirilməsi prosesi həyata keçirilib.

Bu barədə "Operativ Media"ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Proses Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbər şəxslərinin, BMT-in Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin INSARAG qlobal birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın rəhbərlik etdiyi nümayəndə heyəti, 11 ölkədən qiymətləndiricilər və 7 ölkədən olan müşahidəçilər tərəfindən izlənilib.

Qiymətləndirmə prosesi çərçivəsində, əvvəlcə Nazirliyin beynəlxalq humanitar əməliyyatlarda iştirakla bağlı imkanları barədə təqdimatlar olunub, ekspertlərin sualları cavablandırılıb.

Sonra FHN BAXD-ın FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun beynəlxalq sinifləndirilməsi məqsədilə 36 saat ərzində fasiləsiz taktiki-xüsusi təlimə start verilib. Paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində reallaşdırılan təlimdə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin canlı qüvvə və texnikası iştirak edib. Taktiki-xüsusi təlim Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin INSARAG qlobal birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən beynəlxalq qiymətləndiricilər və müşahidəçilər tərəfindən canlı izlənilib.

Taktiki-xüsusi təlim zamanı mobillik, planlama, loqistika, fəlakət bölgəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi, hündürlükdə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, ilkin tibbi yardımın göstərilməsi, təxliyə, zərərçəkmiş ölkəyə əməliyyatların koordinasiyası üzrə dəstəyin göstərilməsi prosedurları həyata keçirilib. Təlimin gecə saatlarında baş tutan hissəsində axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etməsi təmin olunaraq, texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması işləri həyata keçirilib. Təlim zamanı əməliyyatların müasir beynəlxalq idarəetmə və koordinasiya sistemləri üzərindən idarə olunması diqqət mərkəzində saxlanılıb.

Taktiki-xüsusi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

36 saat fasiləsiz davam edən taktiki-xüsusi təlim bitdikdən sonra qiymətləndiricilərin toplantısı keçirilib. Toplantının nəticələrinə əsasən, Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG beynəlxalq sinifləndirilməsindən uğurla keçməsi barədə yekdil qərar qəbul olunub. Beləliklə, FHN-in Dəstəsi beynəlxalq arenada “MUSAR AZE-01” adı ilə təmsil olunacaq.

Bu nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan FHN-in daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradacaq.

Sentyabrın 26-da Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinə INSARAG beynəlxalq sinifləndirilməsindən keçməsinə dair sertifikat, koordinasiya qruplarının bayraq və şevronları təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
ADY-nin kollektivi Zəfər parkını ziyarət edib

ADY-nin kollektivi Zəfər parkını ziyarət edib

Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib

Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib

Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub

Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub

XƏBƏR LENTİ
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
  • 19:19

    Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib
  • 19:15

    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
  • 19:02

    Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib
  • 18:43

    Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölənlər var
  • 18:39

    Netanyahu BMT tribunasından Tehranı hədələyib
  • 18:34

    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
  • 18:29

    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
Menyu