http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

27 Sentyabr 2024 , 17:29
Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 2024-cü ilin oktyabrın 10-da saat 10:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 108 ünvanında yerləşən Elektron imtahanlar korpusunda (https://maps.app.goo.gl/srxYzgzpmawoFJrK6) keçiriləcək.

Bu barədə "Operativ Media"ya Baş Prokurorluqdan məlumat verilib.

Namizədlərin nəzərinə çatdırılır ki, test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçiriləcək. Ödəniş oktyabr ayının 3-də saat 09:00-dan etibarən oktyabrın 7-də saat 23:59-a qədər müddət ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə (https://exidmet.dim.gov.az/elimt/ProkurorluqTest) daxil olaraq həyata keçirilməlidir.

Namizəd "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti (https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish) vasitəsilə çap etməlidir.

Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana bir saat əvvəl gəlməli və "İmtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və imtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim ediləcək. Məlumat-arayış həm də iştirak edən namizədin şəxsi kabinetinə yüklənir. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunacaq. Namizədlərin “Yaddaş kitabçası” və elektron test imtahanında kompüterdən istifadəyə dair “Təlimatla” tanış olmaları zəruridir. Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 2024-cü il sentyabrın 2-də Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

OXŞAR XƏBƏRLƏR
Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

Bakıdakı yanğında bir nəfər tüstüdən zəhərlənib

Bakıdakı yanğında bir nəfər tüstüdən zəhərlənib

XƏBƏR LENTİ
  • 19:25

    Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölənlər var - YENİLƏNİB
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
  • 19:19

    Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib
  • 19:15

    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
  • 19:02

    Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib
  • 18:39

    Netanyahu BMT tribunasından Tehranı hədələyib
  • 18:34

    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
  • 18:29

    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
Menyu