http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

28 Sentyabr 2024 , 13:16
Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

Bakıda keçiriləcək COP29 tədbirində Xəzərin problemi əsas müzakirə mövzularından olacaq.

"Operativ Media" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Vüqar Kərimov “Ümumdünya Dəniz Günü” ilə əlaqədar "Xəzər həftəsi" çərçivəsində Abşeron Milli Parkında “Xəzər festivalı"nda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin son 20 ildə səviyyəsi 2.5 metr azalıb. Bununla bağlı müxtəlif platformalarda müzakirələr aparılır.

Nazir müavini bildirib ki, müzakirələrdə ən aktiv ölkələrdən biri də Azərbaycandır. Çünki Azərbaycan da bu problemdən əziyyət çəkir:

"Son 10 ildə dünya okeanının səviyyəsi artsa da ölkəmizdə əksinə olaraq su ehtiyatları azalıb. Son 10 ildə dünya okeanının səviyyəsi 10 santimetr artıb. Azərbaycanda isə əksinə iqlim dəyişmələrinin təsirləri su ehtiyatlarının, düşən yağıntının miqdarının, ölkəmizə transfer olunan su ehtiyatlarının azalması ilə müşahidə olunur. Son 30 ildə ölkəyə transfer olunan suların miqdarında azalma müşahidə olunur. Ümumiyyətlə, Azərbaycanın su ehtiyatlarının son 30 ildə azalması 15 faizdən çoxdur. Proqnozlar da narahatedicidir. 2050-ci ilə qədər ən optimist rəqəmlərə görə su ehtiyatlarımız daha 15-20 faiz azalacaq".

O qeyd edib ki, noyabrda Bakının ev sahibliyi edəcəyi COP29 tədbirində də əsas mövzulardan biri Xəzərin probleminə həsr olunacaq:

"Baş mövzu iqlim maliyyələşməsi olsa da, panel mövzulardan biri Xəzərin problemlərinə həsr olunacaq. Müxtəlif təkliflər səsləndiriləcək ki, Xəzərin problemlərinin həlli üçün hansı addımlar atılmalıdır. Həmçinin azalma əgər qaçılmazdırsa, hansı tədbirlərlə adaptasiya işləri görüləcəyi müzakirə olunacaq"

OXŞAR XƏBƏRLƏR
“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib

“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir

XƏBƏR LENTİ
  • 14:45

    Krivotsyuk oynadı, komandası məğlub oldu
  • 14:43

    Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib
  • 14:23

    Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq
  • 14:21

    Ombudsmanın nümayəndələri Suriayadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib
  • 14:07

    Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirilib
  • 14:00

    “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
  • 13:52

  • 13:42

    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Menyu