http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir

29 Sentyabr 2024 , 11:13
AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir

29 sentyabr 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL 29 sentyabr tarixində qeyd olunan Turizm işçilərinin peşə bayramı münasibətilə kampaniya keçirir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "Operativ Media"a bildirilib ki, “TURİST OLMAĞIN VAXTIDIR!” şüarı altında təşkil edilən kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.

Sərnişinlər AZAL-ın bütün müntəzəm beynəlxalq istiqamətləri üzrə 29% endirim əldə etmək üçün aviaşirkətin rəsmi saytında və mobil tətbiqində “TOURIST29” promokodundan yararlana bilərlər. Endirim yalnız ekonom sinif tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.

Kampaniya müddəti: 29-30 sentyabr 2024-cü il

Uçuş tarixləri: 1 oktyabr – 25 dekabr 2024-cü il

Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. AZAL-ın mobil tətbiqini yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.

AZAL sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Bu təklifdən yararlanın və aviabiletləri daha sərfəli qiymətlərlə əldə edin!

OXŞAR XƏBƏRLƏR
Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb

Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb

Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir

Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

XƏBƏR LENTİ
  • 13:16

    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
  • 13:01

    Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
  • 12:32

    Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
  • 12:09

    Sabahın hava proqnozu açıqlanıb
  • 11:26

    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
    Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
  • 11:13

    AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir
  • 10:53

    Avstriyada parlament seçkiləri keçirilir
  • 10:15

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
Menyu