http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb

30 Sentyabr 2024 , 11:22
Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, son 10 gün ərzində keçirilən tədbirlərlə paytaxt sakinləri Röyal Şahhüseynov, Rahid Məmmədov, Kənan Niftalıyev, Mirəli Sadıqov və Samir Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 13 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin, tiryək, marixuana, metamfetamin, həmçinin 660 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon və preqabalin həbi aşkarlanıb. Saxlanılanların paytaxt ərazisində narkokuryerliklə məşğul olan şəbəkənin əsas üzvlərindən olduqları müəyyən edilib.

Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərlə əlbir olan digər narkokuryerlərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb

VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb

Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib

Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib

XƏBƏR LENTİ
  • 13:24

    Mahmud Əhmədinejad: “Biz anti-İsrail şöbəsi yaratdıq və onun liderinin Mossad agenti olduğu ortaya çıxdı"
  • 13:21

    Sabah hava necə olacaq?
  • 13:19

    VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
  • 13:17

    Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib
  • 13:12

    İran Ermənistanda ticarət evi açıb - VİDEO
  • 13:01

    Borrell Aİ xarici işlər nazirlərinin təcili iclasını çağırıb
  • 12:52

    "Beynəlxalq müqavilələr haqqında" və "Diplomatik xidmət haqqında" qanun layihələri hazırlanacaq
  • 12:47

    VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib
Menyu