http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Fərdi evlərdə yaşıl enerjidən istifadə, bina evlərinə nisbətən daha əlverişlidir" - EKSPERT

30 Sentyabr 2024 , 16:56
"Fərdi evlərdə yaşıl enerjidən istifadə, bina evlərinə nisbətən daha əlverişlidir" - EKSPERT

Azərbaycanda “Yaşıl binaların inkişaf konsepsiyasına dair Yol Xəritəsinin hazırlanması üçün Əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.

Məsələ ilə bağlı "Operativ Media"ya danışan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, bu binaların tikilməsi bahalı prosesdir:

Picture background

“Yaşıl texnologiyalardan istifadə Avropa və dünyanın bir çox ölkəsində olduqca aktual mövzuya çevrilib. Əvəzolunan, günəş və  bioenerjilərdə istifadə həm ekologiyaya zərər vermir, həm də maksimum ucuz enerjilərdir. Hazırda Bakıda günəş enerjisindən istifadə edilən bir bina mövcuddur. Bu bina Ağ şəhər ərazisində yerləşir. COP29 ilə bağlı olan tədbirlərdən biri də o binada təşkil olunacaq. Kütləvi şəkildə bu tipli binaları ərsəyə gəlməsi biraz bahalı prosesdir. Düzdür bu binalarda idarəetmə xərcləri minimum olsa da, ərsəyə gəlmə xərcləri bir o qədər bahadır”.

E.Azadov Avropa bəzi binaların heç bir kommunikasiya planına qoşulmadığını bildirib:

Picture background

“Avropanın özündə elə texnologiyalara sahib binalar tikilir ki, onlar heç bir kommunikasiya planına qoşulmur. Həmin binaların üzərindəki fasadlar günəş enerjisindən enerji toplayır. Yağış suyu yığılaraq daxildə istifadə edilir. Hətta o binalar kanalizasiya xətlərinə belə qoşulmur. Çirkab sular binanın zirzəmisinə axıdılır. Zirzəmidə çirkab maye molekulyar səviyyədə təmizlənərək təkrar içməli və texniki su kimi mənzillərə ötürülür. Binalarda bu texnlogiyaların qurulması isə olduqca bahadır”.

Picture background“Ölkəmizdə hələ ki bu texnologiyaların tətbiqi ilə bağlı nə şəhərsalma prinsipinə, nə də digər normativlərə görə əsas mövcuddur. Proses çox baha başa gəldiyi üçün yaxın 3-5 il, hətta 10 il ərzində bu enerjinin binalara tətbiqi mümkün deyil. Bunun üçün müəyyən zaman lazımdır. Amma regionlarda maksimum günəş enerjisindən fərdi evlərdə istifadə oluna bilər. Bu proses bina evlərinə nisbətən fərdi evlərdə çox baha başa gəlmir. Fərdi evlərdə yaşıl enerjidən istifadə daha mümkündür. Həm ana xətdən gələn elektrik enerjisi, həm də günəş panelləri vasitəsilə yaşıl enerjidən istifadə etmək olar. Hazırda dünyanın bir çox ölkəsində fərdi evlərin dam örtükləri panellərdən hazırlanır. Və il boyu bu panellərin əldə etdiyi enerjidən istifadə olunur. Bu məsələyə daha köklü şəkildə yanaşmaq lazımdır. İlk olaraq bu texnologiyaların istehsalı yüksək səviyyədə qurulmalıdır. Və dövlət tərəfindən nəzarət olmaldır”

OXŞAR XƏBƏRLƏR
Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB

Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB

İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik

İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik

FHN-də Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib

FHN-də Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib

XƏBƏR LENTİ
  • 19:15

    Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq
  • 19:12

    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
  • 19:03

    İsrail tezliklə Livanda quru əməliyyatına başlaya bilər
  • 19:01

    Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutdu
  • 18:49

    Putin “Crocus City Hall”un iki əməkdaşına fədakarlıqlarına görə təşəkkür edib
  • 18:45

    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
  • 18:35

    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
  • 18:16

    Peskov: Ukrayna Silahlı Qüvvələri xüsusi olaraq hərbi müxbirlərimizi məhv etmək istəyir
Menyu