http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Orxan Məmmədov milli üzvləri ilə görüşdü

01 Oktyabr 2024 , 06:08
Orxan Məmmədov milli üzvləri ilə görüşdü

Bu gün Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Xorvatiyada keçiriləcək dünya çempionatında iştirak edəcək U-23 millisinin üzvləri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə çıxış edən qurum rəhbəri gənc komandamızın mundialda iştirakının mühüm olduğunu vurğulayıb.

Azərbaycanda minifutbolun sürətlə inkişaf etdiyini bildirən Orxan Məmmədov komandamızın potensialına inandığını və millinin ölkəmizi layiqincə təmsil edəcəyinə ümid etdiyini diqqətə çatdırıb. Federasiya prezidenti futbolçuların ölkəmizə parlaq qələbə ilə dönmələrini arzulayıb. Görüşdə çıxış edən U-23 millisinin baş məşqçisi Rəcəb Fərəczadə göstərilən diqqətə görə federasiya rəhbərinə təşəkkürünü çatdırdı. O, komandanın perspektivli futbolçulardan qurulduğunu və debüt ilində dünya çempionatında uğurlu nəticə göstərmək istədiklərini bildirdi. Görüşün sonunda birlikdə xatirə şəkli çəkdirildi.

Xatırladaq ki, 23 yaşadək futbolçuların minifutbol üzrə dünya çempionatı oktyabrın 7-dən 10-na qədər Xorvatiyanın Malıy Loşin şəhərində keçiriləcək. 12 komandanın iştirak etdiyi yarışda millimiz B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə birlikdə mübarizə aparacaq. Millinin heyəti ölkə çempionatında fərqlənən gənc futbolçulardan təşkil olunub. Milliyə ən çox futbolçu “Sumqayıt”dan (4) çağırılıb. Gələcəkdə daha iddialı komanda yaratmaq məqsədi ilə yeni mövsümdə hər komandanın heyətində bir nəfər 23 yaşlı futbolçunun olması tələbi qoyulub.

OXŞAR XƏBƏRLƏR
Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib

Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib

Azərbaycanlı FİFA referisi Konfrans Liqasına təyinat alıb

Azərbaycanlı FİFA referisi Konfrans Liqasına təyinat alıb

Qurban Qurbanov sabah mətbuat qarşısına çıxacaq

Qurban Qurbanov sabah mətbuat qarşısına çıxacaq

XƏBƏR LENTİ
  • 11:12

    NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir
  • 11:10

    Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib
  • 11:08

    Azərbaycan nefti bahalaşıb
  • 10:56

    Vahid Ələkbərovun sərvəti artıb
  • 10:51

    FHN Gəncədə qanunsuz tikililəri söküb
  • 10:42

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
  • 10:41

    Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib
  • 10:38

    ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 130-u ötüb
Menyu