http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan Prezidenti: İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır

02 Oktyabr 2024 , 10:27
Azərbaycan Prezidenti: İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır

İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir.

"Operativ Media" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşüb.

“Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq etmişdir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Dövlət Komissiyasının sədri: Hazırda 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

Dövlət Komissiyasının sədri: Hazırda 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

Əli Nağıyev: Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155-inin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb

Əli Nağıyev: Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155-inin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb

Prezident itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR LENTİ
  • 12:22

    Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongla görüşüb
  • 12:14

    “Pearl Life” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib
  • 12:01

    Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb
  • 11:55

    FHN Şəmkirdə mülki müdafiə məşqi keçirib
  • 11:51

    KİV: İranın hücumu nəticəsində İsrailin mərkəzində 100 evə ziyan dəyib
  • 11:49

    İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq
  • 11:31

    İsrailin şimalında bir saat ərzində altı dəfə hava hücumu xəbərdarlığı səslənib
  • 11:29

    Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Menyu