http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

02 Oktyabr 2024 , 10:30
Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Oktyabrın 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Oprerativ Media"ya verilən məlumata görə, oktyabrın 2-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində oktyabrın 1-i gündüz saatlarından başlayaraq hava şəraiti dəyişib.

Bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Göygöldə 10 mm, Daşkəsəndə 8 mm, Şahbuzda 7 mm, Tərtər, Şəki, Yevlax, Goranboy, Gədəbəydə 2 mm, Naxçıvan, Quba, Xaltan, Xınalıq, Altıağac, Naftalan, Bərdə, Ağdam, Ağcabədi, Kürdəmir, Sabirabad, İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Daşkəsən, Ağsu, Gəncə, Göyçay, Mingəçevir, Oğuz, Qusar, Balakən, Xaçmaz, Qaxda 1 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Şahdağda arabir 20 m/s-dək güclənib.

Göygöl, Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 27, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR
“Pearl Life” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib

“Pearl Life” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib

FHN Şəmkirdə mülki müdafiə məşqi keçirib

FHN Şəmkirdə mülki müdafiə məşqi keçirib

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

XƏBƏR LENTİ
  • 12:22

    Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongla görüşüb
  • 12:14

    “Pearl Life” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib
  • 12:01

    Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb
  • 11:55

    FHN Şəmkirdə mülki müdafiə məşqi keçirib
  • 11:51

    KİV: İranın hücumu nəticəsində İsrailin mərkəzində 100 evə ziyan dəyib
  • 11:49

    İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq
  • 11:31

    İsrailin şimalında bir saat ərzində altı dəfə hava hücumu xəbərdarlığı səslənib
  • 11:29

    Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Menyu