http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Binəqədidə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var

02 Oktyabr 2024 , 13:36
Binəqədidə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Rəşid İsmayılov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1972-ci il təvəllüdlü İsrayılov Eldəniz İsrayıl oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 yaşlı yeniyetmə qətlə yetirilib, həmyaşıdı saxlanılıb

Bakıda 16 yaşlı yeniyetmə qətlə yetirilib, həmyaşıdı saxlanılıb

Ağdamda iritutumlu 4 su anbarı tikilir

Ağdamda iritutumlu 4 su anbarı tikilir

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq

XƏBƏR LENTİ
  • 16:21

    Ermənistanın ədliyyə naziri vəzifəsindən azad edilib
  • 16:20

    Bakıda 16 yaşlı yeniyetmə qətlə yetirilib, həmyaşıdı saxlanılıb
  • 16:17

    Sadır Japarov İtaliyaya səfər edib
  • 16:10

    Livan İsrailə 40 raket atıb
  • 16:08

    Ağdamda iritutumlu 4 su anbarı tikilir
  • 16:04

    Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq
  • 16:02

    Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
  • 15:41

    Məhkəmə “Akabe” şirkəti ilə bağlı qərarı elan edib
Menyu