http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

“Sumqayıt Tibb Mərkəzi” yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün cərimələnib

02 Oktyabr 2024 , 17:34
“Sumqayıt Tibb Mərkəzi” yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün cərimələnib

“Sumqayıt Tibb Mərkəzi” yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün cərimələnib. 

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmədə barəsində protokol tətbiq edilmiş tibb müəssisəsi ilə bağlı müraciətə baxılıb.  

Hakim Zaur Hacıyevin  sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, yanğın təhlükəsizliyi qaydalarını pozmaya görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 300 manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub

Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub

XƏBƏR LENTİ
  • 20:19

    Livan səfiri Yaxın Şərqdəki vəziyyəti üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı adlandırıb
  • 20:02

    Mingəçevirdə avtomobil piyadanı vurub
  • 19:59

    İran XİN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə cəsarət etməyəcək
  • 19:50

    Son Günəş tutulması başlayıb
  • 19:37

    Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur
  • 19:24

    ABŞ nümayəndəsi İranı qınamağa və sanksiya verməyə çağırıb
  • 19:15

    "Malmö"nün baş məşqçisi: "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadır"
  • 19:06

    Rusiya XİN vətəndaşlarına çağırış edib
    Rusiya XİN vətəndaşlarına çağırış edib
Menyu