http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb

04 Oktyabr 2024 , 11:05
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO sertifikatına layiq görülüb

COP29 Azərbaycan Əməliyyat Şirkəti müstəqil nəzarət, audit, sertifikatlaşdırma və risklərin idarə olunması sahəsində ixtisaslaşmış qlobal “Bureau Veritas Certification Holding SAS” şirkətinin apardığı xarici audit prosesi nəticəsində beynəlxalq ISO 45001 idarəetmə sistemi sertifikatına layiq görülüb.

Bu barədə "Operativ Media"ya Şirkətdən məlumat verilib.

Bildirilib ki, sertifikat Azərbaycanda səfərdə olan “Bureau Veritas” şirkətinin rəsmisi Nahla Abid tərəfindən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüş zamanı təqdim olunub.

Görüşdə tərəflər təhlükəsiz iş mühitinin qurulmasının əhəmiyyəti barədə müzakirələr aparıb. N. Abid sözügedən beynəlxalq sertifikatın əldə edilməsinin COP29 Azərbaycan ƏŞ tərəfindən dayanıqlı strateji yanaşma və əməyin mühafizəsi tədbirlərinin yüksək səviyyədə təmin olunmasının nəticəsi olduğunu qeyd edib. O, Əməliyyat Şirkətinin bu sahədə beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu bildirib. N. Carçalova bu nailiyyətin davamlı olaraq iş şəraitinin təkmilləşdirilməsinə və təhlükəsizliyin daha da artırılmasına töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, ISO 45001 standartı müəssisələrdə qəzaların qarşısının alınması, əməyin mühafizəsi və işçilər üçün təhlükəsizlik şəraitinin təmin olunması məqsədilə tətbiq edilən qlobal səviyyəli idarəetmə sistemidir. Bu standartın məqsədi iş mühitinin sağlam və təhlükəsiz olmasını təmin etməklə yanaşı, əməyin təhlükəsizliyini artırmaq və mümkün riskləri minimuma endirməkdir. Bu sertifikatla COP29 Azərbaycan Əməliyyat Şirkəti işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq standartlara uyğun sistemlər tətbiq etdiyini bir daha təsdiq edir.

OXŞAR XƏBƏRLƏR
“Metalist” şirkəti məcburi auditdən yayındığına görə cərimə kəsilib

“Metalist” şirkəti məcburi auditdən yayındığına görə cərimə kəsilib

Prezident: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

Prezident: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq

XƏBƏR LENTİ
  • 13:26

    Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə “yaşıl” layihə həyata keçiriləcək
  • 13:24

    Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub
    Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub
  • 13:21

    Baş nazir Əli Əsədov Minsk Avtomobil Zavodunda olub
  • 13:20

    Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür
    Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür
  • 13:15

    Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
    Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
  • 13:15

    Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
    Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
  • 13:08

    “Metalist” şirkəti məcburi auditdən yayındığına görə cərimə kəsilib
  • 13:06

    İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
    İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
Menyu