http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb

04 Oktyabr 2024 , 18:08
Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyətini Baş Prokurorluqda qəbul edib.

Baş Prokurorluqdan "Operativ Media"a verilən məlumata görə, Baş prokuror Azərbaycan və Türkiyənin liderləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən siyasəti nəticəsində dövlətlərarası əlaqələrin bütün sahələrdə müvəffəqiyyətlə inkişaf etdiyi bildirilib. Bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslandığını və gələcəkdə davam edəcəyinə əminlik ifadə edilib.

Muhsin Şentürk ölkələrimizin bütün sahələrdə əlaqələrinin sıx olmasını qeyd etməklə, Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Həmçinin, Muhsin Şentürk səfər zamanı Şuşa və Xankədi şəhərlərini və orada yerləşən bir sıra tarixi-mədəni abidələrini ziyarət etməsinə şərait yaradılmasına görə təşəkkürünü ifadə edərək, erməni vandalizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə etdiyini, görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olduğunu bildirib.

Bundan başqa, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Qarabağ Universitetinin Xankəndi şəhərində təsis edilməsini tarixi hadisə olmasını vurğulamaqla həmin təhsil müəsssisəsinin aparıcı ali məktəblərdən birinə çevriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi və Çağrı Mərkəzi ilə tanış olub.

OXŞAR XƏBƏRLƏR
Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

Nizami rayonunda evdə yanğın olub

Nizami rayonunda evdə yanğın olub

Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir

Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir

XƏBƏR LENTİ
  • 21:14

    Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb
  • 20:59

    Nizami rayonunda evdə yanğın olub
  • 20:29

    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
  • 19:50

    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
  • 19:37

    SEPAH: İsrailin mümkün hücumlarına cavab olaraq neftayırma zavodlarını vuracağıq
  • 19:14

    İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində dağıntıların təmizlənməsi üçün avadanlıq köçürəcək
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
Menyu