http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Yevlaxda vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib

07 Oktyabr 2024 , 16:31
Yevlaxda vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib

"Lalə-Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.

Yevlax rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsin  tikiş fabrikində müvafiq olaraq dərzi və sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI

Agentlik: Hazırda sosial xidmət müəssisəsində əlilliyi olan 280 uşaq var

Agentlik: Hazırda sosial xidmət müəssisəsində əlilliyi olan 280 uşaq var

Elm və Təhsil Nazirliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə “Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub

Elm və Təhsil Nazirliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə “Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub

XƏBƏR LENTİ
  • 18:17

    Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
  • 18:09

    Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək
    Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək
  • 17:54

    Ərdoğan Putinə zəng edib
  • 17:48

    Məhkəmə "Global Construction” şirkəti ilə bağlı qərarı elan edib
  • 17:38

    Efiopiya parlamenti yeni prezidenti seçib
  • 17:35

    Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI
  • 17:17

    Pol Poqbanın cəzası ilə bağlı rəsmi açıqlama verildi
  • 17:16

    Livanda son sutkada İsrailin hücumları nəticəsində 22 nəfər ölüb
Menyu