http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

“Akabe” şirkəti gömrük qaydalarını pozub, məhkəmə cərimə kəsib

08 Oktyabr 2024 , 10:26
“Akabe” şirkəti gömrük qaydalarını pozub, məhkəmə cərimə kəsib

“Akabe” MMC yenidən gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətini pozduğu üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Akabe” şirkəti faha əvvəl eyni və digər inzibati xəta törətdiyinə görə cərimələnmişdir. 

OXŞAR XƏBƏRLƏR
Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb

Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb

Nicat Məmmədli: Magistratura və bakalavr proqramlarının tamamilə yenilənməsini planlayırıq

Nicat Məmmədli: Magistratura və bakalavr proqramlarının tamamilə yenilənməsini planlayırıq

Tərtərdə qardaşını qətlə yetirməkdə şüphəli bilinən şəxsin məhkəməsi başlayır

Tərtərdə qardaşını qətlə yetirməkdə şüphəli bilinən şəxsin məhkəməsi başlayır

XƏBƏR LENTİ
  • 15:21

    Son sutkada Qəzzada 56 nəfər həlak olub
  • 15:17

    Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb
  • 15:14

    Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 2
    Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 2
  • 15:08

    "Mançester Siti" ispaniyalı yarımmüdafiəçini transfer etmək istəyir
  • 15:07

    Nicat Məmmədli: Magistratura və bakalavr proqramlarının tamamilə yenilənməsini planlayırıq
  • 15:03

    Putin Paşinyanı BRICS sammitinə dəvət edib
  • 14:53

    Kremldə Putin və Paşinyan arasında görüş başlayıb
  • 14:37

    Tərtərdə qardaşını qətlə yetirməkdə şüphəli bilinən şəxsin məhkəməsi başlayır
Menyu