http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“İnvest.M Construction” MMC-nin direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib

08 Oktyabr 2024 , 16:01
“İnvest.M Construction” MMC-nin direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib

“İnvest.M Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Musayev Cavid İntiqam oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ibtidai istintaqla Cavid Musayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində rəhbərlik etdiyi müəssisənin istifadəsində olan ərazidə inşaat işlərinin aparılması zamanı meşə fonduna daxil olmayan ağac və kolların təkrarən qanunsuz olaraq kəsilməsinə nail olmaqla təbiətə ümumilikdə 413 min manatdan artıq məbləğdə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Cavid Musayevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə təkrarən külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə yekun ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
 
İbtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib.

OXŞAR XƏBƏRLƏR
Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

"Pera Tekstil" şirkəti ilə bağlı məhkəmə cərimə qərarını açıqlanıb

"Pera Tekstil" şirkəti ilə bağlı məhkəmə cərimə qərarını açıqlanıb

Azərbaycan və İƏT COP29-a hazırlığı müzakirə edib

Azərbaycan və İƏT COP29-a hazırlığı müzakirə edib

XƏBƏR LENTİ
  • 18:49

    Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır
  • 18:44

    Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib, Prezident İlham Əliyev iclasda iştirak edib - YENİLƏNİB
    Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib, Prezident İlham Əliyev iclasda iştirak edib - YENİLƏNİB
  • 18:29

    Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədində xidmətlərini dayandırır
  • 18:25

    İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir
  • 18:19

    Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
  • 17:54

    Paşinyanın Moskvadakı fotosu gündəm olub
  • 17:52

    Prezident İlham Əliyev: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb
    Prezident İlham Əliyev: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb
  • 17:41

    Putin: Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
    Putin: Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
Menyu