http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İnsanların asan pul qazanmaq arzusuyla düşdükləri tələlər: Piramida üsulu nədir?

08 Oktyabr 2024 , 17:30
İnsanların asan pul qazanmaq arzusuyla düşdükləri tələlər: Piramida üsulu nədir?

Piramida adlandırılan sistemin qurbanları xeyli çoxdur. Bəs Piramida sistemi nədir, həqiqətən bu yolla pul qazanmaq olur, niyə insanlar bu sistemin qurbanına çevrilirlər?

Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev "Operativ Media"ya piramida sisteminin necə yarandığı ilə bağlı məlumat verib:

“Piramida növləri ilə dələduzluq formaları dünyanın bir çox ölkəsində geniş yayılıb. Bu dələduzluq eyni zamanda Azərbacanda da var. Azərbaycanda məşhur olan maliyyə piramidaları “ponzi dələduzluq sisteminə” əsaslanır. Charles Ponzi tərəfindən qurulub. Bu sistem ABŞ-də 1900-cı illərin əvvəllərində az vaxtda yüksək gəlir vəd edən dələduzluq üsuludur.

Bu sistemlərdə və piramidalarda ilk yatırımçıların pul qazanması mümkündür. Amma sonda təbii ki, bitməlidir. Heç bir biznes qoşulduğunuz pulun iki qatı qədər gəlir verə bilməz. Eyni zamanda daim gündəlik 2-3 faiz pul ödənməsi mümkün deyil. Yəni, bunun biznes və ya iqtisadi əsası yoxdur. Məsələ ondadır ki, bu sistemə qoşulan vətəndaşlar da bunu bilir. Buradan "pul qazanmaq" başqa dostunun pulunu yeməkdir. Başqalarının itirəcəyi pulu özü üçün qazanc kimi güdən insanlar olduqca bu fırıldaqlar müxtəlif proqram və vədlərlə davam edəcək”.

Hüquqşünas maliyyə piramidalarının Türkiyə, Almaniya  kimi ölkədə cinayət işi sayıldığını bildirib:

“Ponzi sistemli maliyyə piramidaları Türkiyə, Almaniya və s bir çox ölkədə cinayətdir. Azərbaycanda da mövcud qanunvericiliyə görə, bu piramidalarda iştirak, əhalinin bu piramidalarda pul qoymasına təşviq etmək, bunun üçün ətrafında 2-3, bəzən  isə 100 nəfərlik dəstə yaratma ciddi problem yarada bilər”.

Piramida sistemində iştirak edən şəxslər özləri də bilmədən cinayət yolu ilə əldə edilmiş pulların leqallaşmasında iştirak edirlər:

"Ponzi sistemlərində, maliyyə fırıldağı sistemləri subyektlərinə Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) 193-1-ci Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, 178-ci ( dələduzluq) və vergidən yayınma cinayətlərinə görə məsuliyyətə cəlb edilə bilərlər. Təbii ki, bu asan deyil, ilkin formada adamlar pul qazandıqlarına görə şikayət də yoxdur, amma sistem çökəndə şikayətlərin sayı da artacaq. Azərbaycan bu piramidanı quranlar üçün böyük tikə deyil, amma bir çox adama ora yatıracağı 500-1000 USD böyük puldur.

Bu dələduzluq piramidaları onlayn proqramlar vasitəsi ilə insanların pulunu mənimsəyir. Vətəndaş bilməlidir ki, bu sistemdə öz  dostunun "pulunu yeyir". Bu qanunla qadağandır. Bu eyni zamanda pul qazanmağın əxlaqsız yöntəmidir. Bu sistem heç bir iş görmədən, heç bir fəaliyyətlə məşğul olmadan sadəcə olaraq insanları aldatmaqla pul ələ keçirməkdən ibarətdir.

Piramida sistemində iştirak edən şəxslər özləri də bilmədən cinayət yolu ilə əldə edilmiş pulların leqallaşmasında iştirak edirlər.  Bundan əlavə vergidən yayınmaq üçün istifadə olunan prosesin iştirakçısı olurlar. Yəni vətəndaş istəmədən dələduzluq cinayətinin subyektinə çevrilir. Azərbaycan 90-cı illərdə "muncuqlar",”göbələk balaları” kimi adlar altında piramida üsulları fəaliyyət göstərib”.

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Rəşad Rzayev bildirib ki, insanlar asan yolla pul qazanmaq istəyirlər, bu zaman isə dələduzluğun qurbanına çevrilirlər:

“İnsanlarda asan pul qazanmağa hər zaman meyillilik edir. Ona görə də asan yolla pul qazanmaq yolunu seçirlər. Piramida adlanan sistem ilə məşğul olan şəxslərin insanları aldatmaq, onları nəyəsə inandırmaq qabiliyyəti çox yüksəsk olur. Ona görə də vətəndaşları asanlıqla tələyə sala bilirlər.  

Piramida sistemi dünyanın bir çox yerində yayılıb. Bu sistem əsasında pul insanlar arasında dövriyyə olunur. Daha aydın desək sistem “sizin pulunuzu başqasına, onun pulunu isə üçüncü şəxsə ötürür”. Beləliklə piramida yaranır. Bununla da pulun dövriyyəsi baş verir. Bu sistem elə qurulub ki, daimi şəkildə işləməlidir. Amma sistem bir yerdə dayansa, zərərçəkənlər üzə çıxır. Ölkəmizdə bu sistemin qurbanlarının sayı olduqca çoxdur”.

Gülcahan Məmmədova

OXŞAR XƏBƏRLƏR
Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR müəssisələrində təcrübə keçib”

Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR müəssisələrində təcrübə keçib”

Saməddin Əsədov: Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

Saməddin Əsədov: Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

XƏBƏR LENTİ
  • 20:37

    ABŞ-da 14 milyondan çox insana su xidməti göstərən şirkətə kiberhücum edilib
  • 20:25

    Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
    Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
  • 20:15

    Bayden rəsmi səfərlərini təxirə salıb
  • 20:04

    Lavrov avropalıları Kiyevə silah tədarükü ilə bağlı Fikonun sözlərinə qulaq asmağa çağırıb
  • 19:44

    Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB
  • 19:30

    Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB
    Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB
  • 19:12

    Gürcüstan Rusiya ilə danışıqlar aparacaq
  • 18:55

    Rusiya ilə MDB ölkələri arasında ticarət dövriyyəsi 7,7% artıb
Menyu