http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bakıda Təhsilin İnkişafı Forumu keçirilib

08 Oktyabr 2024 , 17:08
Bakıda Təhsilin İnkişafı Forumu keçirilib

Oktyabrın 8-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib.

"Operativ Media" xəbər verir ki, “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə təşkil olunan forumun keçirilməsində əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdir.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, özəl sektor əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumunun müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirdiyini vurğulayıb. E.Əmrullayev Təhsilin İnkişafı Fondunun yaradılmasının tərəqqiyə atılan bir addım olduğunu bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluq etdiyi “Biliyi dəyərə çevirən sinerji” adlı ilk paneldə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri Səməddin Əsədov çıxış ediblər.

Forumun ikinci paneli “Tədqiqatdan inkişafa gedən yol” mövzusuna həsr olunub.

Daha sonra Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçirilən paneldə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində çıxış ediblər.

Panel çərçivəsində “Beynəlxalq reytinqlərdə universitetlərin mövqeyini artırmaq üçün strateji əməkdaşlıqlar”, “Tədqiqat və inkişafda universitet-sənaye tərəfdaşlığının əhəmiyyəti”, “Universitet-sənaye tərəfdaşlığının perspektivləri”, “İnnovasiya və tədqiqat mərkəzlərinin yaradılması və dəstəklənməsi”, “İnnovativ tədqiqatların sənaye ilə inteqrasiyası və kommersiyalaşdırılması” mövzuları ətrafında müzakirələr aparılıb.

Forumun üçüncü paneli “Gələcəyi gənclərə necə hazırlamalı” mövzusuna həsr olunub. Panel çərçivəsində “Sənayeyə uyğun ortaq tədris proqramları”, “İnsan kapitalının inkişafında yeni modellər”, “Gənclərin iş həyatına inteqrasiyasını dəstəkləyən proqramlar və təşəbbüslər” mövzularından bəhs olunub.

OXŞAR XƏBƏRLƏR
Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

"Pera Tekstil" şirkəti ilə bağlı məhkəmə cərimə qərarını açıqlanıb

"Pera Tekstil" şirkəti ilə bağlı məhkəmə cərimə qərarını açıqlanıb

Azərbaycan və İƏT COP29-a hazırlığı müzakirə edib

Azərbaycan və İƏT COP29-a hazırlığı müzakirə edib

XƏBƏR LENTİ
  • 20:37

    ABŞ-da 14 milyondan çox insana su xidməti göstərən şirkətə kiberhücum edilib
  • 20:25

    Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
    Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
  • 20:15

    Bayden rəsmi səfərlərini təxirə salıb
  • 20:04

    Lavrov avropalıları Kiyevə silah tədarükü ilə bağlı Fikonun sözlərinə qulaq asmağa çağırıb
  • 19:44

    Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB
  • 19:30

    Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB
    Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB
  • 19:12

    Gürcüstan Rusiya ilə danışıqlar aparacaq
  • 18:55

    Rusiya ilə MDB ölkələri arasında ticarət dövriyyəsi 7,7% artıb
Menyu