http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb

08 Oktyabr 2024 , 17:37
Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb

Oktyabrın 8-də Moskvada Azərbaycan nümayəndə heyətinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko arasında işgüzar görüş keçirilib.

"Ooperativ Media" xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli müttəfiqlik qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən cari regional məsələlər müzakirə edilib.

“3+3” formatında, Azərbaycan-Rusiya-İran üçlü formatında əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS ilə qarşılıqlı fəaliyyəti və digər məsələlərə xüsusi diqqət yetirilib.

Hikmət Hacıyev Rusiya XİN başçısının müavininə Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar prosesinin gedişi barədə məlumat verərək, Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması üçün Ermənistanın qanunvericiliyində mütləq dəyişiklik edilməsinin zəruriliyinə diqqət çəkib.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiya XİN-in 2-ci Asiya Departamentinin direktor müavini M. Baranov iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 20:37

    ABŞ-da 14 milyondan çox insana su xidməti göstərən şirkətə kiberhücum edilib
  • 20:25

    Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
    Prezident İlham Əliyev MDB dövlət və hökumət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
  • 20:15

    Bayden rəsmi səfərlərini təxirə salıb
  • 20:04

    Lavrov avropalıları Kiyevə silah tədarükü ilə bağlı Fikonun sözlərinə qulaq asmağa çağırıb
  • 19:44

    Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB
  • 19:30

    Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB
    Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB
  • 19:12

    Gürcüstan Rusiya ilə danışıqlar aparacaq
  • 18:55

    Rusiya ilə MDB ölkələri arasında ticarət dövriyyəsi 7,7% artıb
Menyu