http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

AAYDA: Neftçalada 42 km uzunluğa malik yolların yenidən qurulması yekunlaşıb

09 Oktyabr 2024 , 14:45
AAYDA: Neftçalada 42 km uzunluğa malik yolların yenidən qurulması yekunlaşıb

Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunda aparılan yenidənqurma işləri artıq bitib.

Bu barədə "Operativ Media"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Yolun 30 km uzunluğa malik Xanməmmədli–Xol Qarabucaq–Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 km təşkil edən Qaçaqkənd–Qırmızıkənd hissəsi isə torpaq əsasdan ibarət idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolların eni 10 metrə qədər genişləndirilib.

Yolun yararsız örtüyü sökülüb, yararsız qrunt qaılaraq çıxarılıb, əks-dolğu işləri aparılaraq yeni yol yatağı inşa edilib. Ardınca yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, yol əsasının tikintisi aparılıb.

Layihəyə uyğun olaraq yolboyu suların ötürülməsi təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik suötürücü borular quraşdırılıb, zəruri ərazilərdə istinad divarları inşa edilib. Bununla yanaşı, layihənin Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülər təmir edilib.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri icra edilib.

Avtomobil yollarının yenidən qurulması 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında rahat gediş-gəlişi, yük və sərnişin daşımasını asanlaşdırmaqla, əhalinin sosial rifah halına müsbət təsir edəcək kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

OXŞAR XƏBƏRLƏR
Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək

Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub

Yeni təyin olunan hakimlər and içiblər

Yeni təyin olunan hakimlər and içiblər

XƏBƏR LENTİ
  • 17:08

    Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək
  • 17:05

    Şagird hansı halda məktəbdən uzaqlaşdırla bilər?
  • 17:05

    Azərbaycan və Qazaxıstan ekologiya və təbii sərvətlər nazirləri arasında görüş olub
  • 17:03

    Muxtar Babayev BMT baş katibinin müavini ilə görüşüb
  • 16:59

    "Qarabağ"ın futbolçuları milliyə dəvət aldı
  • 16:48

    İlham Əliyev BMT Baş katibin birinci müavini Amina Mohammedi qəbul edib - YENİLƏNİB
    İlham Əliyev BMT Baş katibin birinci müavini Amina Mohammedi qəbul edib - YENİLƏNİB
  • 16:47

    Türkiyədə rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 16:45

    Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub
Menyu