http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Sürücülük vəsiqəsi almaq üçün hansı proseslərdən keçmək lazımdır?

09 Oktyabr 2024 , 15:10
Sürücülük vəsiqəsi almaq üçün hansı proseslərdən keçmək lazımdır?

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin ərazi üzrə qeydiyyat-imtahan məntəqəsinə ərizə ilə müraciət etməlidir. İmtahanların qəbulu və "A", "B", "C", "D" və "E" kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi DYP-nin qeydiyyat-imtahan məntəqələri ("QİM") tərəfindən aparılır. 

"Operativ Media" xəbər verir ki, sürücülük vəsiqəsi almaq istəyən şəxs ərizəyə aşağıdakı sənədləri təqdim etməlidir:

1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

2. Müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq  keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar DYP  orqanında qeydiyyata götürülməsi barədə sənəd;

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;

4. Müvafiq dövlət rüsumunun (20 manat – imtahanların qəbulu üçün) ödənilməsi qəbzi;

Sürücülük vəsiqəsi DİN Baş DYP İdarəsinin ərazi üzrə qeydiyyat-imtahan məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə, onlar tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş dövlət rüsumunun (18 manat məbləğində) ödənilməsi barədə qəbz təqdim edildikdə həmin orqan tərəfindən bir gün ərzində verilir.

Müstəqil hazırlaşmış şəxslər yalnız "A" və ya "B" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədilə imtahanlara buraxıla bilərlər.

Müstəqil hazırlaşmış şəxslər onların imtahanlara buraxılması üçün BDYPİ-yə ərizə ilə müraciət edirlər. Müstəqil hazırlaşmış şəxs imtahanlara buraxılması üçün aşağıdakı sənədləri təqdim etməlidir: Onun BDYPİ-də qeydiyyata götürülməsi barədə ərizə, müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış, təhsil haqqında sənəd, imtahan və sürücülük vəsiqəsinin verilməsi üçün müvafiq ödənclərin (rüsum, haqq və s.) ödənilməsi barədə qəbzlər, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verməlidir. Ərizə qeydiyyata alındıqdan sonra imtahanın qəbul edilməsi vaxtı təyin olunur.

Vətəndaş sürücülük vəsiqəsi aşağıdakı hallarda dəyişdirə bilər:

Vəsiqənin etibarlılıq müddətinin bitdikdə, sahibinin soyadı, adı və ya atasının adının dəyişdikdə, vəsiqənin yazılarında dəqiqsizlik müəyyən edildikdə, yararsız hala düşdükdə, itirildiyində dəyişdirilir.

Son olaraq isə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının  Qanunu ilə müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı bu vəsiqə dəyişdirilə bilər.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında və 18 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edildikdə, əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin ərazi üzrə qeyldiyyat-imtahan məntəqəsi tərəfindən bir gün ərzində həyata keçirilir. 

Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı sürücülük və şəxsiyyət vəsiqəsinin əsli mütləq tələb edilir.

Qeyd: Xəbər hazırlanarkən Daxili İşlər Nazirliyinin (DİN) və onun tabeliyindəki Baş Dövlət Yol Polisi (BDYP) İdarəsinin rəsmi məlumatlarından istifadə edilmişdir.

OXŞAR XƏBƏRLƏR
Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək

Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub

Yeni təyin olunan hakimlər and içiblər

Yeni təyin olunan hakimlər and içiblər

XƏBƏR LENTİ
  • 17:08

    Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək
  • 17:05

    Şagird hansı halda məktəbdən uzaqlaşdırla bilər?
  • 17:05

    Azərbaycan və Qazaxıstan ekologiya və təbii sərvətlər nazirləri arasında görüş olub
  • 17:03

    Muxtar Babayev BMT baş katibinin müavini ilə görüşüb
  • 16:59

    "Qarabağ"ın futbolçuları milliyə dəvət aldı
  • 16:48

    İlham Əliyev BMT Baş katibin birinci müavini Amina Mohammedi qəbul edib - YENİLƏNİB
    İlham Əliyev BMT Baş katibin birinci müavini Amina Mohammedi qəbul edib - YENİLƏNİB
  • 16:47

    Türkiyədə rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 16:45

    Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub
Menyu