http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

09 Oktyabr 2024 , 17:41
AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

Bakıda qaydalara riayət etməyən 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb.

"Operativ Media" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və yaxud sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Bundan başqa, A.Rzayev deyib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan çox taksi duracağı var, amma onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır: “Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda, yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda digər istiqamətlər üzrə də taksi duracaqlarının təşkili ilə bağlı müvafiq təhlillər aparılır”.

OXŞAR XƏBƏRLƏR
Şagird hansı halda məktəbdən uzaqlaşdırla bilər?

Şagird hansı halda məktəbdən uzaqlaşdırla bilər?

Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası kəsiləcək

Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası kəsiləcək

Yanvar-sentyabr aylarında 400 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib

Yanvar-sentyabr aylarında 400 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib

XƏBƏR LENTİ
  • 20:18

    Ukrayna müharibəyə son qoymağı planlaşdırır
  • 19:56

    "Neftçi" kolumbiyalı hücumçu ilə yollarını ayırdı
  • 19:52

    Bayden və Netanyahu arasında telefon danışığı baş tutub - YENİLƏNİB
  • 19:51

    Aİ səfirləri Moldova müxalifətinin üzvlərinə qarşı sanksiya tətbiq edəcək
  • 19:42

    Ukrayna Xorvatiya ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb
  • 19:24

    “ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
    “ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
  • 19:16

    Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • 19:01

    Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib
Menyu