http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi Azərbaycana qayıdıb

10 Oktyabr 2024 , 16:36
Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi Azərbaycana qayıdıb

Azərbaycan Prezidentinin tapşırığı ilə Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi ölkəmizə qayıdıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınlarının söndürülməsinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi ölkəmizə qayıdıb.

18 avqust 2024-cü il tarixindən meşə yanğınları ilə mübarizə tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarəsi Muğla - Ula, Bolu - Gerede, Uşak - Eşme, Akhisar - Taşkuyucak, Balıkesir - Edremit, Manisa - Alaşehir, İzmir - Urla, Berqama, Foça, Aliağa, Kemalpaşa - Kamberler istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib.

Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su tökülüb.

Qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

OXŞAR XƏBƏRLƏR
Baş Prokurorluq: Əhməd Əhmədovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi azad edilməsi demək deyil

Baş Prokurorluq: Əhməd Əhmədovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi azad edilməsi demək deyil

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olub

XƏBƏR LENTİ
  • 19:18

    Baş Prokurorluq: Əhməd Əhmədovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi azad edilməsi demək deyil
  • 19:09

    Fernandu Santuş: Mənim əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır
  • 19:07

    Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur
  • 19:03

    Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq
  • 18:40

    Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlanıb
  • 18:38

    Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olub
  • 18:30

    “Yaqub Logistika” MMC nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib
  • 18:19

    Peskov: Putin iranlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
Menyu