http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

10 Oktyabr 2024 , 17:25
Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə verəcək.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə,  məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər gün saat 08:00-da, Laçın şəhərindən Bakıya isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,2 manat təşkil edir. Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,9 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

OXŞAR XƏBƏRLƏR
Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil

Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil

Ruslan Əmircanov: "Estoniya millisinin bizdən üstün olduğunu düşünmürəm"

Ruslan Əmircanov: "Estoniya millisinin bizdən üstün olduğunu düşünmürəm"

Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib

Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib

XƏBƏR LENTİ
  • 19:18

    Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil
    Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil
  • 19:09

    Fernandu Santuş: Mənim əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır
  • 19:07

    Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur
  • 19:03

    Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq
  • 18:40

    Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlanıb
  • 18:38

    Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mingəçevirdə olub
  • 18:30

    “Yaqub Logistika” MMC nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib
  • 18:19

    Peskov: Putin iranlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
Menyu