http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

10 Oktyabr 2024 , 17:45
BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri ilə görüşüb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, görüşdə ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu vurğulanıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verilib. Eyni zamanda SOCAR-ın BƏƏ-nin ADNOC və Masdar şirkətləri ilə birgə layihələri, onların icrası istiqamətində perspektivdə duran məsələlər müzakirə edilib.

Tərəflər həmçinin, Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə birgə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və COP29 çərçivəsində ölkəmizlə tərəfdaşlıq barədə müzakirələr aparıblar.

OXŞAR XƏBƏRLƏR
İcbari tibbi sığorta nədir və necə hesablanır ?

İcbari tibbi sığorta nədir və necə hesablanır ?

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

XƏBƏR LENTİ
  • 20:13

    Pentaqon: Diplomatik həll yolu Ukraynanın suverenliyinə hörmət etməlidir
  • 19:59

    Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib
    Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib
  • 19:55

    Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib
    Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib
  • 19:40

    Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib
    Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib
  • 19:34

    Vüqar Kərimov: Azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üçün 60 xüsusi təyinatlı texnika alınıb
  • 19:18

    Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil
    Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil
  • 19:09

    Fernandu Santuş: Mənim əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır
  • 19:07

    Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur
Menyu