http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qarabağ və Şərqi Zəngəzurda tikiləcək su elektrik stansiyasının sayı açıqlanıb

10 Oktyabr 2024 , 20:35
Qarabağ və Şərqi Zəngəzurda tikiləcək su elektrik stansiyasının sayı açıqlanıb

Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

Bildirilir ki, Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.

Strategiyaya əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından “ağıllı su” sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcək.

Yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaq.

Sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirmə aparılacaq, əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadə edilməsi hövzələrarası su transferini həyata keçirməyə imkan verəcək. Beləliklə, iqtisadi rayonlarda 300 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Sumqayıtda sexdə yanğın baş verib - VİDEO

Sumqayıtda sexdə yanğın baş verib - VİDEO

XƏBƏR LENTİ
  • 23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • 22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • 22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • 22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • 22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
  • 22:05

    Polşa Almaniyanın Şengen zonasına nəzarəti genişləndirməsinə cavab hazırlayır
  • 21:49

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • 21:24

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Ras-ən-Nabaa və Nuairi bölgələrinə hücum edib
Menyu