http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sahibə Qafarova və nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb

10 Oktyabr 2024 , 20:41
Sahibə Qafarova və nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti  Emoməli Rəhmon ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdədir.

"Operativ Media" xəbər verir ki, bu gün Sahibə Qafarova və Konfransda iştirak edən digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüblər.

Qonaqları salamlayan Tacikistan Prezidenti bu beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bildirib. O, Konstitusiyanın qəbulunun Tacikistanın inkişafında, o cümlədən ölkədə parlamentarizm ənənələrinin möhkəmlənməsində rolu haqqında danışıb. O, Konstitusiyanın qəbulunu ölkədə siyasi islahatların və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda ilk və davamlı addımlardan biri kimi qiymətləndirib.

Emoməli Rəhmon, həmçinin ölkələr arasında əməkdaşlığın mühüm aspektləri, o cümlədən mədəni və tarixi oxşarlığa əsaslanan humanitar əlaqələr haqqında fikirlərini bildirib, ölkələrimizin qanunvericilik orqanlarının bu prosesin konstruktiv inkişafına ciddi töhfələr verə biləcəyini vurğulayıb.

Söhbət zamanı parlamentlərin beynəlxalq və regional parlamentlərarası strukturlar çərçivəsində əməkdaşlığına da diqqət yetirilib.

OXŞAR XƏBƏRLƏR
Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib

Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib

İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb

İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb

Polşa Almaniyanın Şengen zonasına nəzarəti genişləndirməsinə cavab hazırlayır

Polşa Almaniyanın Şengen zonasına nəzarəti genişləndirməsinə cavab hazırlayır

XƏBƏR LENTİ
  • 23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • 22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • 22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • 22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • 22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
  • 22:05

    Polşa Almaniyanın Şengen zonasına nəzarəti genişləndirməsinə cavab hazırlayır
  • 21:49

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • 21:24

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Ras-ən-Nabaa və Nuairi bölgələrinə hücum edib
Menyu