http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib

10 Oktyabr 2024 , 21:07
XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində  Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilir ki, təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub. Bu təşəbbüs münaqişə və iqlim dəyişməsi arasındakı əlaqənin və ən həssas qrupları qorumaq üçün kollektiv həll yollarının tapılmasının vacibliyini vurğulamaq, eləcə də  xalqlar arasında sülhə gətirib çıxara biləcək müsbət impulsu və əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
 
Çağırışda bütün tərəflərdən COP29 sessiyasının keçirildiyi noyabr ayı ərzində atəşkəsə riayət etmək xahiş olunur və COP29-un fundamental mesajı xüsusunda bəşəriyyətimizin siyasi problemlərin öhdəsindən gələ və həmrəy ola biləcəyinə inam ifadə edilir.
 
Birgə Atəşkəs Çağırışı dövlətlərlə yanaşı, mindən artıq beynəlxalq təsisat, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və nüfuzlu ictimai xadimlər tərəfindən dəstəklənir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib

Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil

Baş Prokurorluq: Əhməd Əhmədovun cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil

XƏBƏR LENTİ
  • 23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • 22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • 22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • 22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • 22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
  • 22:05

    Polşa Almaniyanın Şengen zonasına nəzarəti genişləndirməsinə cavab hazırlayır
  • 21:49

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • 21:24

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Ras-ən-Nabaa və Nuairi bölgələrinə hücum edib
Menyu