http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İqtisadi Şuranın növbəti iclası keçirilib

11 Oktyabr 2024 , 12:08
İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən xəbərə görə, 10 oktyabr tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 26 sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki tapşırıqlarından irəli gələrək “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati-cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.

Məsələ ətrafında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Mərkəzi Bankın sədri Taleh Kazımov və iclasda iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış ediblər.

Gündəlikdə ikinci məsələ olaraq “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı məsələlər də ətraflı müzakirə olunub. Məsələ üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzələri dinlənilib.

Təqdim olunan məsələlər üzrə İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR
Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq

Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq

Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı açıqlanıb

Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı açıqlanıb

Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır

Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır

XƏBƏR LENTİ
  • 14:09

    Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib
  • 14:04

    Muxtar Babayev Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
  • 13:52

    Abdullah Avcı "Neftçi"nin təklifini geri çevirib
  • 13:46

    Muxtar Babayev Sudanın su ehtiyatları və suvarma naziri ilə COP29-u müzakirə edib
  • 13:42

    Putin Kazanda Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirəcək
  • 13:29

    Putin İran prezidenti Pezeşkianla görüşüb
  • 13:19

    "Nobel" Sülh mükafatının laureatı məlum olub
  • 13:16

    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
Menyu