http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Fransa rəsmilərinin bəyanatlarının Azərbaycan üçün heç bir önəmi yoxdur - Deputat

11 Oktyabr 2024 , 16:00
Fransa rəsmilərinin bəyanatlarının Azərbaycan üçün heç bir önəmi yoxdur - Deputat

"Fransa siyasi dairələrində erməni lobbisinin "parlaq" nümayəndələrindən biri Natali Luazo Avropa Parlamentinin rəsmisi kimi Azərbaycan əleyhinə qəbuledilməz bəyanatları Azərbaycan üçün gözlənilməz deyil və niyə Luazonun tələsik Avropa Parlamentində Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə məsul şəxs postuna gətirildiyinin mənzərəsini aydınlaşdırır".

"Operativ Media" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib:

"Bu günə qədər çoxsaylı aspektlərdən Azərbaycana hücumlar edən, lakin ölkəsi ilə bərabər Azərbaycan qarşısında məğlub olan Luazonun bu dəfəki hədəfi ümumi tendesiyaya uyğun olaraq COP29 ərəfəsində ölkəmiz əleyhinə təyziq çəmbəri formalaşdırmaqdır. Luazo ilk növbədə Azərbaycanı qazantı yanacağından istifadə etməkdə günahlandırır, baxmayaraq ki bundan daha təhlükəlisi və daha zərərlisi olan nüvə yanacağı Fransanın enerji infrasturukturunun əsasını təşkil edir. Eyni zamanda 30 il ərzində Fransa şirkətləri Azərbaycanın işğal altında olmuş ərazilərində təbii sərvətlərin heç bir standarta uyğun olmayan formada ətraf mühitə və ekosistemə bərpası uzun müddət çəkəcək çoxsaylı ziyanların vurulmasında həlledici rol oynayıb. Bu gün Azərbaycanın neft-qaz ehtiyyatlarını "faciəyə" çevirməyə cəhd edən Luazo ölkəsinin 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurda törədilən çoxsaylı ekosidlərə, o cümlədən Ermənistanın hələ də davam edən ekoloji terroruna bir dəfə də olsun münasibət bildirmədiyi halda, yaxud Fransanın öz müstəmləklərində ağılasığmaz ekoloji problemlərə yol açdığı situasiyaya reaksiya vermədiyi şəraitdə qlobal iqlim dəyişiklikləri ilə bağlı söz haqqında malik deyil. Əksinə Azərbaycan isə qlobal iqlim dəyişiklikləri ilə mübarizədə kifayət qədər səmimidir və möhtərəm Prezidentin BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfrasında BMT-nin İqlim Dəyişikləri üzrə Çərçivə Konvesiyasının iştirakçılarına dünənki müraciətində də ifadə etdiyi kimi, Azərbaycan neft və qaz hasilatından əldə etdiyi gəlirləri yaşıl enerjiyə yatırmaqla ortaya ciddi iradə qoyur. Qlobal istixana qazı emissiyalarında payı 100 dəfərlə çox olan Fransadan fərqli olaraq cəmi 0.1% təşkil edən kiçik emissiya payına sahib dövlət kimi Azərbaycan iqlim təhdidlərinin öhtəsindən gəlmək üçün cəsarətli addım atır və Fransanın özü üçün də sözün əsl mənasında nümunəyə çevirilib. Zəngin külək və günəş enerji potensialımız möhtərəm Prezidentin dediyi kimi, bizə bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir və  Azərbaycan 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib.  Fransa isə əksinə hələ də ekoliji terroru dəstəkləməklə, yaxud özünün xüsusən dənizaşırı müstəmləklərində böyük ekoloji fəlakətlərə yol açmaqla beynəlxalq birliyin məsuliyyətsiz və təzavüzkar üzvi kimi davranmaqdadır. Bu mənada Natali Luazo qlobal iqlim dəyişiklikləri ilə bağlı hər hansı fikir söyləyərkən öncə təmsil etdiyi ölkəsinin real durumunu nəzərə alaraq bəyanatlar versə yaxşı olar. Luazo müsahibəsində Azərbaycanı insan haqları sahəsində ciddi problemləri olan ölkə kimi təqdim edir, baxmayaraq ki bu gün Avropada türkəfob, islamafob və irqçi davranışların mərkəzi və neonasizmin dirçəldiyi ölkə məhz Fransa hesab olunur. Cəmi 1 il öncə məhz fransız olmadığına və dərisinin rəngi fərqli olduğuna görə öldürülən Fransa vətəndaşına görə bu ölkə ciddi ixtişaşlarla üz-üzə qalmışdı. Bundan başqa Luazo Azərbaycanı 100 mindən artıq ermənini əhatə edən "etnik təmizləmədə" günahlandırır. Baxmayaraq ki sayı qat-qat az olan Qarabağda yaşamış ermənilər könüllü formada elə məhz Fransanın da daxil olduğu təcavüzkar qütbün təhriki ilə Azərbaycanı tərk edib. Əksinə bu regionda etnik təmizləmə azərbaycanlılara qarşı törədilib və 30 il ərzində 1 milyondan artıq insan Qarabağ və Şərqi Zəngəzuru əzəli, əbədi sakinləri olmağına baxmayaraq öz ata-baba yurdlarına qayıda bilməyiblər, həmçinin bu gün hələ də 350 mindən artıq Qərbi azərbaycanlı müasir Ermənistan ərazisində yerləşən tarixi torpaqlarına geri dönə bilmir. Lakin Fransa və Fransanın fiaskoya uğramış siyasətçisi Luazo bu reallıqları görməzdən gəlməyə üstünlük verir. Təbii ki, Luazo, yaxud Fransanın hər hansı digər rəsmilərinin bu və ya digər məqsədlərlə səsləndirdiyi bəyanatların Azərbaycan üçün heç bir önəmi yoxdur, regionun hərbi-siyasi güc mərkəzi kimi Azərbaycan dəfələrlə sübut etdi ki, bu kimi məntiqsiz, heç bir etibarlı mənbəyə söykənməyən bəyanatlarla ölkəmizdə siyasi iradəyə və cənab İlham Əliyevin yaratdığı geosiyasi konfiqurasiyaya təsir etmək mümkün deyil".

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev BMT Baş Katibinin xüsusi müşaviri ilə görüşüb

Muxtar Babayev BMT Baş Katibinin xüsusi müşaviri ilə görüşüb

Sahibə Qafarova özbəkistanlı həmkarı ilə görüşüb

Sahibə Qafarova özbəkistanlı həmkarı ilə görüşüb

Muxtar Babayev Fransanın energetika nazirini qəbul edib

Muxtar Babayev Fransanın energetika nazirini qəbul edib

XƏBƏR LENTİ
  • 18:18

    Alaudinov: Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki texnikasının 70 faizi artıq məhv edilib
  • 18:09

    Mesut Özilin Bakıya gəlmə səbəbi bilindi
  • 18:03

    Putin Şoltsla telefon danışığından imtina edib
  • 17:59

    Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB
  • 17:37

    Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb
    Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb
  • 17:36

    Muxtar Babayev BMT Baş Katibinin xüsusi müşaviri ilə görüşüb
  • 17:33

    ADNSU dünyanın ən yaxşı 150 universiteti siyahısına daxil olub
  • 17:29

    Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib
Menyu