http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

"Pegasus"dan kampaniya: Aviabilet qiymətləri 29 dollardan başlayaraq təklif edilir

12 Oktyabr 2024 , 13:10
"Pegasus"dan kampaniya: Aviabilet qiymətləri 29 dollardan başlayaraq təklif edilir

Türkiyənin "Pegasus" Hava Yolları şirkəti kampaniya elan edib.

"Operativ Media" xəbər verir ki, kampaniya çərçivəsində minimum aviabilet qiymətləri 29 dollardan təklif edilir. Kampaniya 11-15 oktyabr tarixlərini əhatə edir. Qeyd edilən 4 gün ərzində bilet əldə edənlər bu ilin noyabrından 2025-ci ilin mart ayının 30-a qədər endirimli qiymətlə səyahət edə biləcəklər. 

"Pegasus"un rəsmi saytında qeyd olunur ki, kampaniya çərçivəsində Bakıdan Şimkəndə (Qazaxıstan) və Bakıdan Podqoritsaya (Monteneqro) bilet qiyməti 39 avrodan başlayacaq. Endirimli qiymətlər Gəncə Hava Limanından edilən uçuşlara da şamil edilir. 

Hazırda "Pegasus" Bakıdan İstanbula biletləri 63 avroya (113 AZN) təklif edir.

Bakıdan Budapeştə isə aviabilet 73 avroya (133 AZN) təklif edilir.

Bakıdan Dortmunda bilet qiyməti də 73 avro (133 AZN) təşkil edir.

Əlavə məlumat almaq üçün "Pegasus"un rəsmi saytına keçid edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Bakıda avtobus zolaqlarına giriş məhdudiyyəti niyə saata görə dəyişir?

Bakıda avtobus zolaqlarına giriş məhdudiyyəti niyə saata görə dəyişir?

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

XƏBƏR LENTİ
  • 15:05

    Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur
    Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur
  • 15:01

    Milli Məclis Niderlandın Azərbaycana qarşı qətnaməsini pisləyib
  • 14:49

    XİN: Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib
    XİN: Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib
  • 14:43

    Fernandu Santuş jurnalistlər qarşısına çıxacaq
  • 14:37

    Yaşlı qadını aldadaraq 15 min manatını ələ keçirən şəxs saxlanılıb
  • 14:27

    ADY: Sərnişin qatarlarında sürət həddi endirilib
  • 14:16

    Son sutkada Qəzzada 49 nəfər həlak olub
  • 14:06

    Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb
Menyu