http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ermənistan konstitusiyası və sülh sazişi: Paşinyanın bəyanatları ilə Ermənistanın Lissabon sammitindəki mövqeyi arasında ziddiyyətlər - Rizvan Nəbiyev

12 Oktyabr 2024 , 13:57
Ermənistan konstitusiyası və sülh sazişi: Paşinyanın bəyanatları ilə Ermənistanın Lissabon sammitindəki mövqeyi arasında ziddiyyətlər - Rizvan Nəbiyev

Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçıları Şurasının iclasında iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Konstitusiyanın dəyişdirilməsi ilə bağlı əsas öhdəlikdən yayınaraq bəyan edib ki, Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır.

"Operativ Media" xəbər verir ki, bununla bağlı "Report"a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev danışıb.

O, MDB dövlət başçıları Şurası çərçivəsində səsləndirilən mövqe ilə 1996-ci ildə ATƏT-in Lissabon sammitində Ermənistanın ortaya qoyduğu mövqe arasında paralellər apararaq, ciddi ziddiyyətin olduğunu vurğulayıb

"1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan məhz 5 iyul 1995-ci ildə qəbul olunmuş konstitusiyaya istinad edərək sammitin yekun sənədini imzalamaqdan boyun qaçırmışdı. Əsas gətirmişdi ki, ölkə konstitusiyası Qarabağı Azərbaycanın ərazisi kimi göstərən istənilən beynəlxalq sənədi imzalamağa imkan vermir" - deyə, deputat bildirib.

Rizvan Nəbiyev xatırladıb ki, o vaxt Ümummilli Lider Heydər Əliyevin göstərdiyi diplomatik çeviklik və məharət sayəsində ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən Ermənistan istisna olmaqla, 53 iştirakçı dövlətin qoşulduğu və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Bəyanat verildi:

"Nəticədə, Ermənistan təkləndi, Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq səviyyədə bir daha dəstək verildi.

İndi isə sual olunur, hələ də qüvvədə olan 1995-ci il konstitusiyasında dəyişiklik edilmədən Ermənistanın baş naziri Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında beynəlxalq müqaviləni hansı niyyətlə imzalamaq istəyir?"

Deputat onu da əlavə edib ki, Ermənistan konstitusiyasında dəyişiklik edilənədək erməni baş nazirlər və ya prezidentlər belə ziddiyyətli və qeyri-ardıcıl mövqe sərgiləməkdə davam edəcəklər:

"Bu halda isə sülh müqaviləsinin imzalanmasından tərəflər bir az da uzaq düşəcək".

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Rusiya FTX Zəngəzur dəhlizində monitorinq həyata keçirə bilər

Paşinyan: Rusiya FTX Zəngəzur dəhlizində monitorinq həyata keçirə bilər

Ermənistan prezidenti: Ermənistan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur

Ermənistan prezidenti: Ermənistan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur

Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur

Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur

XƏBƏR LENTİ
  • 19:21

    Paşinyan: Rusiya FTX Zəngəzur dəhlizində monitorinq həyata keçirə bilər
  • 19:11

    Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazandı
    Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazandı
  • 18:26

    Ermənistan prezidenti: Ermənistan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur
  • 17:51

    “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” başa çatıb
  • 17:08

    “Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib
  • 16:39

    Şahdağın yüksəkliklərinə qar yağıb - FAKTİKİ HAVA
  • 16:23

    Mingəçevirdə kişi döyülərək öldürülüb, oğlu saxlanılıb
  • 15:44

    Hakan Fidan Yunanıstana səfər edəcək
Menyu