http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq

13 Oktyabr 2024 , 17:03
Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq

"Sabahkı matçda xal qazanmaq istəyirik".

"Operativ Media" xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının IV turunda Bakıda Slovakiya seçməsi ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, sabahkı oyunda Bədavi Hüseynovu kapitan olaraq çıxaracağını bildirib: "Çünki onda liderlik xüsusiyyətləri var. Emin Mahmudovu da çox bəyənirəm".

Portuqaliyalı mütəxəssis hücum planında inkişaf etdiklərini söyləyib: "Qol vəziyyətləri yarada bilirik. Bunu davam etdirsək, yaxşı nəticələr qazana bilərik. Estoniya ilə oyunda fasiləyə 2 top üstünlüklə yollanmaq imkanımız var idi. Sadəcə, hazırkı problem çox qol buraxmağımızdır. Müdafiə üzərində daha çox işləməliyik. Çünki bu mövqedə daha intensiv olmalıyıq. Gələcəkdə daha yaxşı olacağıq. Fikrimcə, bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq. İndiki məğlubiyyətlər məni, eləcə də azarkeşləri xoşbəxt etmir. Bu ölkəyə futbolu inkişaf etdirmək üçün təşrif buyurmuşam. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Fanatlar da hər zaman bizə dəstək olsunlar".

F. Santuş texniki heyətə azərbaycanlı məşqçi gətirmək istədiklərini deyib: "Bu işi yığmanın idman direktoru İlqar Qurbanova tapşırmışam. Həmin şəxs təkcə Azərbaycan dilində danışmamalıdır. Yerli mütəxəssisin millidə olması futbolçulara fayda verəcək".

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu

Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazandı

Fernandu Santuş jurnalistlər qarşısına çıxacaq

Fernandu Santuş jurnalistlər qarşısına çıxacaq

XƏBƏR LENTİ
  • Dünən
    22:41

    İsrailin hərbi bazasına zərbələr endirilib
  • Dünən
    22:33

    “Milton” və “Helen” qasırğalarından zərər çəkmiş ştatlara 612 milyon dollar ayrılacaq
  • Dünən
    21:34

    Bakıda gənc oğlan bıçaqlanıb
  • Dünən
    21:23

    Sabah bəzi ərazilərdə qaz olmayacaq
    Sabah bəzi ərazilərdə qaz olmayacaq
  • Dünən
    20:11

    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
  • Dünən
    19:34

    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
  • Dünən
    19:13

    Hizbullah İsraili ittiham edir
  • Dünən
    18:59

    Aİ Macarıstanı Ukraynaya dəstək üçün razı sala bilməyib
Menyu