http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

14 Oktyabr 2024 , 09:54
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etmiş 16 KOB subyektinin müraciətinə baxılıb. Onlardan 10-na müvafiq sənədin verilməsi barədə Ekspertlər Şurasının rəyinə əsasən qərar qəbul edilib.

"Operativ Media" xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 174-ə çatıb.

“Startap” şəhadətnamələri "Seaya" MMC-nin fərdi evlərin və otellərin rezervasiyası və idarə edilməsi üzrə onlayn platforması, "Eurasia Group" MMC-nin kardio monitorinq və diaqnostika üçün rəqəmsal platforması, “Qbit Technologies” MMC-nin əmlak alqı-satqı və xidmət platforması, "Printfable" MMC-nin fərdi dizaynların onlayn hazırlanması və sifarişi üçün platforması, “Eventa” MMC-nin kütləvi tədbir təşkilatçıları üçün idarəetmə və bilet satışı üçün onlayn platforması, “Billing Pro” MMC-nin borcların hesablanması və yığımı üçün onlayn platforması, “Avtomend” MMC-nin avtomobil parklarının idarə edilməsi üçün onlayn platforması, "Metanoia" MMC-nin dini maarifləndirmə, halal məhsulların satışı üçün onlayn platforma və mobil tətbiq, fərdi sahibkarlar Orxan Məmmədovun anbar idarəetmə, ticarət və mühasibat uçotu üçün mobil tətbiq, Novruz Novruzovun nəqliyyat vasitələrinin icarəsi və ortaq istifadəsi (carsharing) üçün onlayn platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda iqtisadi artım 4,7%-ə çatıb

Azərbaycanda iqtisadi artım 4,7%-ə çatıb

Azərbaycanın xaricə qaz satışı 4 %-dən çox artıb

Azərbaycanın xaricə qaz satışı 4 %-dən çox artıb

Azərbaycan bu ilin 9 ayında 18 milyon tona yaxın neft-kondensat ixrac edib

Azərbaycan bu ilin 9 ayında 18 milyon tona yaxın neft-kondensat ixrac edib

XƏBƏR LENTİ
  • 12:23

    Azərbaycanda iqtisadi artım 4,7%-ə çatıb
  • 12:16

    İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul edib
  • 12:13

    Polis ahıl yaşlı şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfəri müəyyən edərək saxlayıb
  • 12:09

    Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
  • 12:03

    İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul edib
  • 11:58

    Qətərin yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib
  • 11:53

    AQTA Türkiyədən Azərbaycana gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlayıb
  • 11:52

    Prezident Belçikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    Prezident Belçikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Menyu