http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında COP29 barədə geniş məlumat verib - YENİLƏNİB

14 Oktyabr 2024 , 20:19
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında COP29 barədə geniş məlumat verib - YENİLƏNİB

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxışında cari ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək COP29 tədbiri barədə geniş məlumat verib.

"Operativ Media" xəbər verir ki, Sahibə Qafarova tədbirə hazırlığın intensiv şəkildə həyata keçirildiyini deyib.

O bildirib ki, texnologiya COP29 Azərbaycan Sədrliyinin baxışında mühüm yer tutur, çünki o, iqlim dəyişikliyinə qarşı qlobal cavabın vacib komponentidir. Texnologiya həm təsirli yumşaltma, həm də uyğunlaşma tədbirlərinin asanlaşdırılmasında həlledici rol oynayır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Sədrliyi artıq 14 təşəbbüs irəli sürüb, bunlardan biri də "Yaşıl Rəqəmsal Fəaliyyət" təşəbbüsüdür. COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək ki, bu da öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrin səviyyəsinin artırılması üçün bir platforma rolunu oynamış olacaq. Elə həmin gün yüksək səviyyəli xüsusi dəyirmi masa təşkil olunacaq, müvafiq Bəyannamə təqdim olunacaq.

Milli Məclisin sədri bildirib ki, parlament müzakirələrində iqlim dəyişikliyi məsələsinin əhəmiyyətini nəzərə alaraq, Parlamentlərarası İttifaq Azərbaycan Milli Məclisi ilə birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək. Diqqətə çatdırılıb ki, tərəflər artıq tədbirə hazırlıq prosesinə yekun vurmaq üzrədirlər.

20:20

Milli Məclisin Sədri xanım Sahibə Qafarova Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (İPU) 149cu Assambleyasında "Daha sülhpərvər və dayanaqlı gələcək naminə Elm, Texnologiya və İnnovasiyadan (STI) yararlanmaq üzrə ümumi nüzakirələr"də çıxış edib.

"Operativ Media" xəbər verir ki, O, COP29 un əhəmiyyəti və digər aktual məsələlər barədə danışıb.

Xanım Sədr həmçinin Azərbaycanın elm texnologiya və innovasiya sahəsində prioritetlərindən, COP29 çərçivəsində İPU ilə birgə planlaşdırılan Parlament Toplantısından bəhs edərək nümayəndələri aktiv iştiraka dəvət edib.

OXŞAR XƏBƏRLƏR
Zelenski Ukraynanın qələbə planını təqdim edəcək

Zelenski Ukraynanın qələbə planını təqdim edəcək

Parisin Kiyevə hərbi yardımı  2 milyard avronu keçəcək

Parisin Kiyevə hərbi yardımı 2 milyard avronu keçəcək

Ərdoğan başda Azərbaycan olmaqla zəlzələdə yardım edən ölkələrə təşəkkürünü bildirib

Ərdoğan başda Azərbaycan olmaqla zəlzələdə yardım edən ölkələrə təşəkkürünü bildirib

XƏBƏR LENTİ
  • 22:23

    Zelenski Ukraynanın qələbə planını təqdim edəcək
  • 21:56

    UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub oldu
    UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub oldu
  • 21:52

    Parisin Kiyevə hərbi yardımı 2 milyard avronu keçəcək
  • 21:46

    Bakıda Macarıstanın Milli Günü qeyd edilib
  • 21:26

    Zabit Səmədov: "Həmyerlilərimi seçkilərdə “Gürcü arzusu”nu dəstəkləməyə çağırıram"
  • 21:17

    Ərdoğan başda Azərbaycan olmaqla zəlzələdə yardım edən ölkələrə təşəkkürünü bildirib
    Ərdoğan başda Azərbaycan olmaqla zəlzələdə yardım edən ölkələrə təşəkkürünü bildirib
  • 21:01

    Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb
  • 20:38

    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edib
    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edib
Menyu