http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Britaniya XİN: Çinin Tayvan adası ətrafında gərginliyi artıran hərbi təlimlərindən narahatıq"

15 Oktyabr 2024 , 06:59
Britaniya XİN: Çinin Tayvan adası ətrafında gərginliyi artıran hərbi təlimlərindən narahatıq"

Britaniya XİN hesab edir ki, Tayvan boğazında Çin Silahlı Qüvvələrinin keçirdiyi təlimlər regionda gərginliyi artırır.

"Operativ Media" xəbər verir ki, Forin Ofisinin yaydığı bəyanatda London Pekini gələcək eskalasiyanı təhdid edən hərəkətlərdən çəkinməyə çağırır.

"Çinin Tayvan adası ətrafında Tayvan boğazında gərginliyi və təhlükəli eskalasiya riskini artıran hərbi təlimlərindən narahatıq", - sənəddə deyilir.

"Hesab edirik ki, Tayvan məsələsi Tayvan boğazının hər iki tərəfində yaşayan insanlar tərəfindən konstruktiv dialoq vasitəsilə güc tətbiq olunmadan və məcbur edilmədən həll olunmalıdır. Status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdləri dəstəkləmirik. Biz təmkinli olmağa və sabitliyi və sülhü pozmaqla dolu hər hansı sonrakı hərəkətlərdən çəkinməyə çağırırıq", - nazirlikdən bildirilib.

Qeyd edək ki, təlimlər oktyabrın 14-də keçirilib və Pekinin oktyabrın 10-da Tayvan Administrasiyasının rəhbəri Lay Sindenin çıxışına cavabı olub. O, adanın "dövlət suverenliyini" müdafiə edəcəyini bildirib. Buna cavab olaraq Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Tayvanın Çinin bir hissəsi olduğunu, adanın suveren dövlət olmadığını və heç vaxt olmayacağını xatırladıb.

OXŞAR XƏBƏRLƏR
İran Aİ və Böyük Britaniyanın Tehrana qarşı sanksiyalarını pisləyib

İran Aİ və Böyük Britaniyanın Tehrana qarşı sanksiyalarını pisləyib

İsrail ordusu Livan və Qəzza zolağında 230 hədəfə zərbə endirib

İsrail ordusu Livan və Qəzza zolağında 230 hədəfə zərbə endirib

İsrail Ordusu: Qəzzada HƏMAS-ın HHQ-nin komandiri öldürülüb

İsrail Ordusu: Qəzzada HƏMAS-ın HHQ-nin komandiri öldürülüb

XƏBƏR LENTİ
  • 10:13

    Bakıda avtomobil təmiri sexindən 6000 manatlıq oğurluq edilib
  • 10:08

    İran Aİ və Böyük Britaniyanın Tehrana qarşı sanksiyalarını pisləyib
  • 10:00

    Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:55

    Fransa və Əlcəzairin bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
  • 09:46

    Azərbaycanın U-21 millisi İngiltərə ilə qarşılaşacaq
  • 09:46

    Azərbaycanda 2 vəkilin fəaliyyəti dayandırılıb, 3 vəkilə xəbərdarlıq edilib
    Azərbaycanda 2 vəkilin fəaliyyəti dayandırılıb,  3 vəkilə xəbərdarlıq edilib
  • 09:45

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 09:42

    İsrail ordusu Livan və Qəzza zolağında 230 hədəfə zərbə endirib
Menyu