http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Azərbaycan və Rusiya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıqda ilk addımlar atılıb

15 Oktyabr 2024 , 07:32
Azərbaycan və Rusiya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıqda ilk addımlar atılıb

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyini, keyfiyyətini müzakirə edib, qida təhlükəsizliyinin təmin edilməsinə Rusiyanın elmi, praktiki yanaşmaları təqdim olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

"Dəyirmi masa zamanı İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Rusiyanın elmi və praktik yanaşmalarını təqdim etdi. Əsas mövzular: çirkləndirici maddələrin və pestisidlərin qalıqlarına nəzarət, antimikrobiyal müqavimətin yayılmasının qarşısını almaq və laboratoriya tədqiqatları aparmaqdır", - məlumatda deyilir.

İki ölkə arasında keçirilən dəyirmi masa bu ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı qurumlar tərəfindən bağlanmış qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsində ilk addım olub.

Qeyd edilib ki, görüşdə içməli və qablaşdırılmış suyun təhlükəsizliyinin müəyyən edilməsi və tənzimlənməsi yolu ilə markalanmalı olan malların dövriyyəsinə nəzarət məsələləri də işıqlandırılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 2 vəkilin fəaliyyəti dayandırılıb,  3 vəkilə xəbərdarlıq edilib

Azərbaycanda 2 vəkilin fəaliyyəti dayandırılıb, 3 vəkilə xəbərdarlıq edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub oldu

UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub oldu

Ərdoğan başda Azərbaycan olmaqla zəlzələdə yardım edən ölkələrə təşəkkürünü bildirib

Ərdoğan başda Azərbaycan olmaqla zəlzələdə yardım edən ölkələrə təşəkkürünü bildirib

XƏBƏR LENTİ
  • 10:08

    İran Aİ və Böyük Britaniyanın Tehrana qarşı sanksiyalarını pisləyib
  • 10:00

    Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:55

    Fransa və Əlcəzairin bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
  • 09:46

    Azərbaycanın U-21 millisi İngiltərə ilə qarşılaşacaq
  • 09:46

    Azərbaycanda 2 vəkilin fəaliyyəti dayandırılıb, 3 vəkilə xəbərdarlıq edilib
    Azərbaycanda 2 vəkilin fəaliyyəti dayandırılıb,  3 vəkilə xəbərdarlıq edilib
  • 09:45

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • 09:42

    İsrail ordusu Livan və Qəzza zolağında 230 hədəfə zərbə endirib
  • 09:34

    AMB-nin bu günə olan valyuta məzənnələri
Menyu