http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırıb

15 Oktyabr 2024 , 14:00
AZAL idman və intellektual yarışlarda uğur qazanan əməkdaşlarını mükafatlandırıb

Bakı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2024-cü ildə idman və intellektual yarışlarda yüksək nəticələr göstərmiş əməkdaşların mükafatlandırılma mərasimini keçirib.
 
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbir zamanı AZAL-ın rəhbərliyi basketbol, voleybol, alpinizm, şahmat, üzgüçülük, atıcılıq, robototexnika və s. kimi idman və intellektual yarışlarda mükafatlar qazanmış və ya uğurlar əldə etmiş 50-yə yaxın əməkdaşın nailiyyətlərini qeyd edib. Əməkdaşlara təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.
 
“Mülki aviasiya sahəsində əsas prioritetimiz uçuş təhlükəsizliyi və xidmət keyfiyyətinin yüksək standartlarını təmin etməkdir. Əməkdaşlarımız peşəkar fəaliyyətləri ilə yanaşı, idman və intellektual yarışlarda da fəal iştirak edərək fərqlənirlər. Bu nailiyyətlər həm onların şəxsi qələbələri, həm də qurumun məqsədlərinə nail olmağa kömək edən dəyərlərin təcəssümüdür,” – deyə AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib.
 
Tədbirin əsas məqsədi AZAL əməkdaşlarının həm peşəkar fəaliyyətlərində, həm də şəxsi həyatlarında qazandıqları nailiyyətlərin yüksək dəyərləndirildiyini qeyd etməkdir. Şirkət hər bir əməkdaşın uğurunun vacib olduğunu vurğulayaraq onlara dəstək göstərir və dəyər verir. Bu cür dəstək komanda ruhunu gücləndirir və AZAL əməkdaşları arasında mehriban bir atmosferin formalaşmasına kömək edir.

OXŞAR XƏBƏRLƏR
"Real Madrid "Bayer"in sağ cinah müdafiəçisini transfer etmək istəyir

"Real Madrid "Bayer"in sağ cinah müdafiəçisini transfer etmək istəyir

"Bude/Qlimt" "Qarabağ"la matçın biletlerini satışa çıxarır

"Bude/Qlimt" "Qarabağ"la matçın biletlerini satışa çıxarır

Kilyan Mbappe cinsi təcavüzdə ittiham olunur

Kilyan Mbappe cinsi təcavüzdə ittiham olunur

XƏBƏR LENTİ
  • 16:17

    Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub
  • 16:10

    İran Avropaya bütün uçuşları dayandırır
  • 16:00

    "Real Madrid "Bayer"in sağ cinah müdafiəçisini transfer etmək istəyir
  • 16:00

    Bakıda COP29 zolaqlarında hərəkətə icazə verilən küçələrin siyahısı açıqlanıb
  • 15:58

    Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib
  • 15:55

    Moped və motosikletlər duracağa yerləşdirilir? - RƏSMİ AÇIQLAMA
  • 15:42

    Havanın temperaturu 4-7° aşağı enəcək - XƏBƏRDARLIQ
    Havanın temperaturu 4-7° aşağı enəcək - XƏBƏRDARLIQ
  • 15:41

    Nəsimi rayonunda əl qumbarısı və avtomot aşkarlanıb
Menyu