http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

AAYDA: Ələt–Astara–İran magistral avtomobil yolunun 26 km-lik hissəsi yenidən qurulub - FOTO - VİDEO

15 Oktyabr 2024 , 14:11
AAYDA: Ələt–Astara–İran magistral avtomobil yolunun 26 km-lik hissəsi yenidən qurulub - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ələt–Astara–İranla dövlət sərhədi avtomobil yolunun 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə əsaslı təmir işlərini yekunlaşdırılıb.

"Operativ Media" Agentliyə istinadən xəbər verir ki, uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 12 metrə qədər genişləndirilib.

Texnoloji ardıcıllığa uyğun yolboyu torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların və küvetlərin tikintisi işləri yekunlaşıb.

Layihə üzrə yolun 221.3, 231.7, 234.8 və 243-cü km-lik hissələrində Pensərçay, Ərçivançay və Astaraçay üzərindəki mövcud körpülərdə əsaslı təmir işləri icra olunub.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılıb.

Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Ələt-Astara-İran magistral avtomobil yolunun sözügedən hissəsində aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

OXŞAR XƏBƏRLƏR
Bakıda COP29 zolaqlarında hərəkətə icazə verilən küçələrin siyahısı açıqlanıb

Bakıda COP29 zolaqlarında hərəkətə icazə verilən küçələrin siyahısı açıqlanıb

Moped və motosikletlər duracağa yerləşdirilir? - RƏSMİ AÇIQLAMA

Moped və motosikletlər duracağa yerləşdirilir? - RƏSMİ AÇIQLAMA

Havanın temperaturu 4-7° aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 4-7° aşağı enəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 16:10

    İran Avropaya bütün uçuşları dayandırır
  • 16:00

    "Real Madrid "Bayer"in sağ cinah müdafiəçisini transfer etmək istəyir
  • 16:00

    Bakıda COP29 zolaqlarında hərəkətə icazə verilən küçələrin siyahısı açıqlanıb
  • 15:58

    Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib
  • 15:55

    Moped və motosikletlər duracağa yerləşdirilir? - RƏSMİ AÇIQLAMA
  • 15:42

    Havanın temperaturu 4-7° aşağı enəcək - XƏBƏRDARLIQ
    Havanın temperaturu 4-7° aşağı enəcək - XƏBƏRDARLIQ
  • 15:41

    Nəsimi rayonunda əl qumbarısı və avtomot aşkarlanıb
  • 15:40

    Laçında tramvay xətti çəkiləcək
Menyu