http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru ilə görüşü olub - YENİLƏNİB

18 Yanvar 2023 , 12:35
İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru ilə görüşü olub - YENİLƏNİB

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşü olub.

"Operativ Media" xəbər verir ki, görüşdə “Kromatix SA” şirkətinin fəaliyyəti və istehsal etdiyi məhsullar, o cümlədən Azərbaycanda yeni texnologiyaların tətbiqi ilə enerjinin istehsalı məsələlərindən danışıldı.

Şirkətin xüsusi texnologiya və örtüklər vasitəsilə bina fasadlarının şüşə hissələrinin günəş panelləri kimi istifadəsinə imkan verən texnologiyalar istehsal etdiyi bildirildi. Azərbaycanda dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq, ölkəmizdə həmin texnologiyaların bina və tikintilərdə də istifadəsinə dair fikir mübadiləsi aparıldı.

Rafik Hanbali "Kromatix SA" şirkətinin ölkəmizdə, xüsusilə Ələt Azad İqtisadi Zonasında müəssisənin yaradılması planları barədə dövlətimizin başçısına məlumat verdi. Pilot layihə kimi “Kromatix SA” şirkətinin Cəbrayıl rayonunda məktəbin binasının üzlənməsi ilə bağlı həyata keçirməyi planlaşdırdığı layihənin önəmi qeyd edildi. Gələcəkdə bunun digər məktəblərdə də tətbiq olunmasının nəzərdə tutulduğu vurğulandı.

Dövlətimizin başçısı şirkətin Azərbaycanda planlaşdırdığı layihələri dəstəkləyərək, ölkəmizdə iqtisadi inkişaf imkanları, daxili bazara və bölgədəki digər bazarlara çıxış üçün mövcud şərait barədə məlumat verdi.

Görüşdə “Kromatix SA” şirkəti ilə Azərbaycanın Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlığın təməlinin qoyulduğu bildirildi.

Prezident İlham Əliyev “Kromatix SA” şirkətinin rəhbərini Azərbaycana, o cümlədən işğaldan azad olunmuş ərazilərə səfərə dəvət etdi.

Dəvət minnətdarlıqla qəbul olundu.

***

11:17

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşü olub.

"Operativ Media" xəbər verir ki, bu barədə "Azərtac" məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb

Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb

XƏBƏR LENTİ
  • 23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • 22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • 22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • 22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
  • 21:55

    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
  • 21:41

    Fahrettin Altun: İsrail baş naziri dünyada dinc əhalinin qətliamından danışan sonuncu şəxsdir
  • 21:27

    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
Menyu