http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

18 Yanvar 2023 , 14:23
İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub.

"Operativ Media" xəbər verir ki, görüşdə “Carlsberg Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edilib. Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olunub.

Şirkətin Azərbaycanda arpa emalını 100 faiz lokallaşdırdığı, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılmasının isə yaxın vaxtlarda 100 faizə çatdırılacağı bildirilib.

Söhbət zamanı Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ilin yanvarında fəaliyyətə başlamasının və ölkəmizdə yeni investisiyaların yatırılmasının nəzərdə tutulduğu vurğulanıb.

Kes t`Hart Azərbaycanda “Carlsberg Group” şirkətinin fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

***

11:54

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb

Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb

XƏBƏR LENTİ
  • 23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • 22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • 22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • 22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
  • 21:55

    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
  • 21:41

    Fahrettin Altun: İsrail baş naziri dünyada dinc əhalinin qətliamından danışan sonuncu şəxsdir
  • 21:27

    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
Menyu